Qənirə Paşayevanın kitabları Boluda təqdim olundu

Qənirə Paşayevanın kitabları Boluda təqdim olundu
Bütün Xəbərlər
16:30 29.10.2013
781

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Boluda kitabsevərlərlə görüşüb.

AZXEBER.COM xəbər verir ki, təqdimat-imzalanma mərasimində Q.Paşayeva müəllifi olduğu kitabları Bolular üçün imzalayaraq həmin kitabların bəyəniləcəyinə ümid etdiyini bildirib.Mərasimdə millət vəkilinin müəllifi olduğu “Məndən sonra...”, “Səndən sonra...”, “O...”, “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası”, “Aşk deyince ötesini arama...”, “Kuzey Kıbrıs və Kıbrıs Türkləri”, “Dünyanı dəyişən böyük adam”, “Tarixə adını yazmış qadınlar”, “Dünyanı dəyişən alimlər”, “Hocalı Soykırımı: tanıkların dilinden” və digər kitabları təqdim olunub. Millət vəkili kitablarının qardaş Türkiyənin Bolu bölgəsində təqdimat-imzalanma mərasiminin keçirilməsindən çox məmnun olduğunu deyib.“İnanıram ki, o kitabı oxuyan hər kəs mütləq Boluya gəlib türk dünyasının bu gözəl və tarixi bölgəsini mütləq görmək istəyəcək. Bolu mənim üçün çox əzizdir və yeni kitabımda Boluya xüsusi yer ayırmağım mənim bu gözəl bölgəyə sevgimin bir göstəricisi olacaq”.Bolulu oxucular bu xəbəri gözəl duyğularla qarşılayaraq həmin kitabı maraqla gözləyəcəklərini deyiblər.Təqdimat mərasimində, xüsusilə, qadınların daha çox qatılmasından məmnun olduğunu bildirən millət vəkili qadınların cəmiyyətdəki önəmini xüsusi vurğulayıb. Onların cəmiyyətdə bütün sahələrdə daha da aktiv görmək istədiyini bildirib.Millət vəkili, həmçinin Azərbaycan, Azərbaycanla Türkiyə arasında bütün istiqamətlərdə inkişaf edən əlaqələrlə bağlı fikirlərini söyləyib və oxucuları maraqlandıran sualları da cavablandırıb. Onları Azərbaycana dəvət edən Q.Paşayeva bir-birimizi daha yaxından tanımaq, sahiblənmək üçün qarşılıqlı ziyarətlər, bu cür tədbirlər çox önəmlidir deyib.İmzalanma mərasimində Bolu Ticarət və Sənaye odasının başçısı Türkel Ateş və Bolu rəsmiləri də iştirak ediblər. Təqdim olunan kitablar arasında bolulular tərəfindən Q.Paşayevanın müəllifi olduğu şeir kitablarına maraq daha böyük olub.Kitablarla bərabər Qənirə Paşayevanın şeirlərinə bəstələnmiş mahnılardan ibarət 5 musiqi albomu da musiqisevərlər tərəfindən rəğbətlə qarşılanıb və təqdimat mərasiminə gələnlər müəllifin imzası ilə albomları da əldə edə biliblər.Millət vəkili imza mərasiminə qatılan azərbaycanlı tələbələrlə də görüşüb və onlarla söhbət edib.

OXŞAR XƏBƏRLƏR