Qənirə Paşayevanın Qarabağ problemi ilə bağlı yeni kitabının təqdimatı olub

Qənirə Paşayevanın Qarabağ problemi ilə bağlı yeni kitabının təqdimatı olub
Bütün Xəbərlər
17:13 15.02.2016
794

Tovuzda millət vəkili Q.Paşayevanın Qarabağ problemi ilə bağlı yeni kitabının təqdimat və imzalanması olub.

Tovuzda Heydər Əliyev adına mərkəzdə millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayevanın yeni nəşr olunmuş “Müasir Avropa təhlükəsizliyi:Yeni çağırışlar və təhdidlər (Cənubi Qafqaz münaqişələri timsalında)” kitabının təqdimat və imzalanma mərasimi olub. Kitab barədə geniş məlumat verən millət vəkili Q.Paşayeva Ermənistanın torpaqlarımıza qarşı həyata keçirdiyi işğalçılıq siyasəti, törətdikləri soyqırımlar, vandalizm aktları, Dağlıq Qarabağ probleminin tarixi kökləri, müasir vəziyyət, bir sıra beynəlxalq təşkilatların ikili standartları kimi məsələlərin kitabda faktlarla geniş təqdim edildiyini vurğulayaraq gəncləri oxumağa, öyrənməyə səsləyib. Kitabın təqdimat mərasiminə rayonun ən savadlı gənclərinin dəvət edilməsini özəlliklə istədiyini deyən millət vəkili Q.Paşayeva ölkəmizin gələcəyi sizin əlinizdədir və siz hamınız tariximizi, həqiqətlərimizi əzbər bilməlisiniz deyib və onları Azərbaycan tarixi, ədəbiyyatı və çoğrafiyasını yaxşı öyrənməyə çağırıb. 

Gəncləri özəlliklə tariximizi dərindən öyrənməyə çağıran millət vəkili Qənirə Paşayeva onlarla Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi soyqırımlar, vandalizm aktları, beynəlxalq təşkilatların ikili standartları ilə bağlı geniş fikir mübadiləsi aparıb və bildirib ki, hər bir Azərbaycan gənci bunları əzbər bilməlidir. Millət vəkili Q.Paşayeva gənclərimizi sosial şəbəkələrdə keçirdikləri zamanı əylənməyə deyil, oxumağa, öyrənməyə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yalan, böhtan kompaniyalarına qarşı mübarizəyə sərf etməyə çağırıb. Görüşün sonunda Q.Paşayeva gənclərə və müəllimlərə müəllifi olduğu “Müasir Avropa təhlükəsizliyi:Yeni çağırışlar və təhdidlər(Cənubi Qafqaz münaqişələri timsalında)” kitabını imzalı hədiyyə etməklə yanaşı, onların suallarını da cavablandırıb. Gəncləri xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili Qənirə Paşayeva onları zamanlarını mənasız işlərə və ya verlişlərə, teleseriallara, şou proqramlarına ayırmamağa çağırıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev Ərdoğanla ABŞ səfərini müzakirə etdi
18:11 09.08.2025
İlham Əliyev Ərdoğanla ABŞ səfərini müzakirə etdi
Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb
18:06 09.08.2025
Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
17:50 09.08.2025
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
17:40 09.08.2025
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
17:25 09.08.2025
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
17:15 09.08.2025
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
16:52 09.08.2025
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
16:32 09.08.2025
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
16:12 09.08.2025
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
15:51 09.08.2025
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
Bakıda it oğurlayan şəxs həbs edildi
15:39 09.08.2025
Bakıda it oğurlayan şəxs həbs edildi
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
15:11 09.08.2025
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
15:05 09.08.2025
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
15:03 09.08.2025
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
14:52 09.08.2025
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
14:29 09.08.2025
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı