“Qərb ölkələrində təhsil alan gənclərimiz İlham Əliyevə səs verəcəklər”

“Qərb ölkələrində təhsil alan gənclərimiz İlham Əliyevə səs verəcəklər”
GƏNCLİK
18:01 09.04.2018
7523

Ölkəmizdə yaşayan vətəndaşlarla yanaşı, xaricdə təhsil alan tələbələrimizin də seçkidə iştirakı vacibdir. Bunun üçün aidiyyəti dövlət qurumları və qeyri-hökumət təşkilatları qarşıdan gələn növbəti prezident seçkiləri ilə bağlı təbliğat və təşviqat işləri aparırlar.

Bu baxımdan "Gəncliyin Elmi Mədəni İnkişafı” (GEMİ) İctimai Birliyi tərəfindən də xaricdə təhsil alan tələbələrimizin seçki fəallığının artırılması üçün onlarla görüşlərin keçirilməsi və maarifləndirməsi tədbirləri həyata keçirilir.

GEMİ İB-nin sədri Sərdar Yusifoğlu bildirib ki, görüşlərin əsas məqsədi xaricdəki həmvətənlərimizin seçkidə iştirakını asanlaşdırmaqdır:

"Bildiyimiz kimi, "GEMİ” dünyanın 12-dən çox ölkəsinə tələbələr göndərir. Bizim həm bakalvar, həm magistratura, həm doktorantura, həmçinin xarici dili öyrənmə kursları, habelə müxtəlif sahələr üzrə təcrübələrin artırılması proqamları üzrə xaricdə təhsil alan tələbələrimiz var. Artıq illərdir ki, bu proses davam etməkdədir.       Bizim təşkilatın idarə heyəti tərəfindən bu dəfə belə bir təşəbbüs irəli sürüldü ki, təşkilat sədri özü şəxsən xaricdə yaşayan vətəndaşlarımızla görüşlər keçirsin və onları qarşıdan gələn prezident seçkilərində növbəti dəfə cənab İlham Əliyevə xaricdəki gənc səfirlərimiz olaraq səslərini versinlər.

Belə ki, məhz ölkədə baş verən stabillik və inkişaf nəticəsində bu gün görüşdəki gənclərimiz çox rahat şəkildə evlərindən kənarda özlərini çox rahat hiss edir və təhsillərini davam etdirirlər.

Prezident İlham Əliyevin "neft kapitalını insan kapitalına çevirmək” şüarını əldə bayraq tutaraq ölkəmizə savadlı kadr formasında geri dönmələri üçün "GEMİ” İB-nin sədri Sərdar Yusifoğlu onlara təhsil müddətlərində, habelə ölkəyə qayıdandan sonra işlə təmin olunmalarında dəstək olacağını bildirdi.

Ölkəmizin konsulluq və səfirliklərindən aralı şəhərlərdə təhsil alan tələbələrimizin isə seçkiyə gəlməsi üçün vaxt və maliyyə çətinlikləri ola bilər. Ona görə sözügedən təşkilatın sədri qərara gəldi ki, bu gənclərimizin də seçkidə iştirakını asanlaşdıraq. Eyni zamanda onların səfirliklərlə əlaqələrini daha da möhkəmləndirək. Bunun üçün ilk öncə Amerika Birləşmiş Ştatları, Almaniya, İspaniya, İsveçrə və Ukraynadakı səfliyimizlə danışıqlar aparıldı və vətəndaşlarımıza səs vermə ilə bağlı hər hansı çətiliyin yarandığı təqdirdə, onlara kömək göstərilməsi üçün çağırış edildi.

Mart ayı ərzində ABŞ-ın bir neçə ştatında azərbaycanlı tələbələrlə görüşlər keçirən Sərdar Yusifoğlu ən çox azərbaycanlı tələbələrin cəmləşdiyi Massaçausets ştatının paytaxtı Boston şəhərində, Vaşinqton, İsveçrə, Berlin, Madrid, Kiyev və Lvovda tələbələr arasında maarifləndirmə işləri apardı və onları ölkə başçısına səs verməyə çağırdı.

Yeri gəlmişkən, "GEMİ” sosial şəbəkələrdə də maariflənmə işlərini davam etdirir. "Facebook” sosial şəbəkəsində "GEMİ” İB-nin üzvlərinin təşəbbüsü ilə 2013-cü ildə yaradılmış "Prezidentə Dəstək” qrupu öz əhatəsini genişləndirməkdədir:

"Təkcə nəinki gənclər, bütün Azərbaycan xalqı prezidenti dəstəkləyir. Biz xalqla ünsiyyətdə olanda, həmçinin sosial şəbəkələrdə bunu müşahidə edirik. Bizim 2013-cü ildə yaratdığımız "Prezidentə Dəstək” qrupuna qısa müddətdə 23 mindən artıq insanın qatıldığnın şahidi olduq. 2018-ci ildə də qrupun fəallığı davam edərək 31 minə çatıb. Fürsətdən istifadə edib bütün dəstəkçilərə "GEMİ”-nin rəbəri olaraq minnətdarlığımı bildirirəm”.

Təşkilat rəhbərinin fikrincə, gənclərdə güclü seçki fəallığı hiss olunur: "Artıq biz əvvəlki onilliklə indiki onilliyi müqayisə edəndə görürük ki, gənclərdə siyasi təfəkkürün oyanması daha geniş hiss olunur. İctimai təşkilatların çoxalması və fəaliyyətlərinin genişlənməsi gənclərdə bu fikri formalaşdırır. Artıq gənclərin bir hissəsi QHT-lərdə, digər hissəsi isə fərdi şəkildə inkişaf etməyə başlayırlar. Bu da gənclərin seçkilərdə iştirak etməsi üçün mühüm faktora çevrilib”.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub Xarici siyasət
14:00 04.07.2025
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub Xarici siyasət
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
13:56 04.07.2025
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
“Ermənistan və havadarları nəticədə peşman olublar”
13:52 04.07.2025
“Ermənistan və havadarları nəticədə peşman olublar”
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
13:50 04.07.2025
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
13:46 04.07.2025
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
13:43 04.07.2025
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
13:35 04.07.2025
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
13:30 04.07.2025
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb
13:25 04.07.2025
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb
"Hade"dən etiraf: "Azan səsindən çox duyğulandım"
13:24 04.07.2025
"Hade"dən etiraf: "Azan səsindən çox duyğulandım"
Prokuror İmamoğluna 8 il 9 ay cəza istədi
13:18 04.07.2025
Prokuror İmamoğluna 8 il 9 ay cəza istədi
Sabahın hava proqnozu açıqlanıb
13:13 04.07.2025
Sabahın hava proqnozu açıqlanıb
Əminə Aydın Xırdalanlının anası ilə - FOTOLAR
13:09 04.07.2025
Əminə Aydın Xırdalanlının anası ilə - FOTOLAR
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir
13:06 04.07.2025
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir
Azərbaycan Prezidenti Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb
12:58 04.07.2025
Azərbaycan Prezidenti Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb
Səyyad Əlizadənin mahnılarının müəlliflik hüququ qorunur
12:54 04.07.2025
Səyyad Əlizadənin mahnılarının müəlliflik hüququ qorunur