Qərb Universitetində simulyasiya oyunlarına start verildi
GƏNCLİK
18:53 16.10.2011
1950
Qərb Universiteti Tələbə Gənclər Təşkilatı Oktyabr ayından başlayaraq simulyasiya oyunlarına start verir.AZXEBER.COM-un məlumatına görə, simulyasiya oyunları gəncləri münaqişələrin nizamlanması istiqamətində gedən proseslər barəsində məlumatlandırmaq, sülhə nail olmağın imkanlarını araşdırmaq, sağlam debat mədəniyyəti yaratmağı məqsəd qoymuşdur.Bu silsilədən olan ilk simulyasiya oyunu məhz 15 oktyabrda Qərb Universitetində keçirildi. Bu simulyasiya oyunu zamanı iştirakçılar son dövrlər Yaxın Şərq regionunda baş verən proseslər və Ərəb ölkələrində baş verən inqilablar barəsində debat apardilar. Gənclər debat zamanı müxtəlif siyasi rollarda cixiş etmis və demokratik rejimin yaradılması məqsədilə qarsiliqli görüşlər keçirmiş və müxtəlif nəticələr əldə etmişlər. İstirakcilar ABŞ, Azərbaycan, Fransa, İtaliya Rusiya, Liviya, Misir kimi ölkələrin dövlət başçılarının və beynəlxalq təskilatların rəhbərlərinin rollarında çıxış etmişlər.