Qərbi Azərbaycanla Ermənistan əməkdaşlıq edəcək

Qərbi Azərbaycanla Ermənistan əməkdaşlıq edəcək
Bütün Xəbərlər
08:35 25.10.2012
1075
İranın Qərbi Azərbaycan əyaləti ilə Ermənistanın Armavir şəhərinin rəsmiləri iki bölgə arasında xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafını müzakirə ediblər. İran “Fars” agentliyinin yaydığı məlumata görə, daha sonra Armavir şəhəri innovasiya mərkəzinin sədri Aram Vardanyanla Qərbi Azərbaycan Kənd təsərrüfatı idarəsinin sədri Cihad Məsud Mahomadyan mətbuat konfransı keçirib. Ermənistanla ticari, iqtisadi əməkdaşlıq üçün böyük imkanlar olduğunu deyən Mahomadayn bu ölkəni bölgəsi üçün müvafiq bazar kimi qiymətləndirib.Sədr həmçinin iki ölkə arasında müxtəlif sahələrdəki mütəxəssis qruplarının qarşılıqlı səfərlərinin müsbət nəticələri olacağını vurğulayıb.
OXŞAR XƏBƏRLƏR