Qərbin ikili standartlarının fonunda Azərbaycan

Qərbin ikili standartlarının fonunda Azərbaycan
Bütün Xəbərlər
17:39 05.09.2015
1388

Aqil MəmmədovSiyasi ədəbiyyata 1872-ci ildə daxil olan ikili standartlar konsepsiyası bu gün də aktualdır. İngilis dilli mənbələrdə ikili standartlara lakonik tərif verilir: "İkili standartlar birinə nisbətən digərinə daha ciddi tətbiq edilən qayda və ya prinsipdir”. Bu gün ikili standartlar siyasəti təzyiq vasitəsinə çevrilərək reallıqdan kənar fikirlər səsləndirmək və təzyiq göstərməklə bir sıra qruplar və dairələr öz korporativ maraqlarının təmin edilməsinə çalışırlar. Bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmə, qanunsuz sahibkarlıq, xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmada cinayət işi üzrə məhkəmə prosesi başa çatandan sonra ABŞ dövlət Departamenti və onun maliyyələşdirdiyi QHT-lər məhkəmə qərarından narazılıqlarını bildirməyə başladılar. Təqribən 20-yə yaxın QHT birləşərək Azərbaycan hüquq sistemi haqqında mənfi rəy formalaşdırmağa çalışırlar. Beynəlxalq şəbəkə Azərbaycan məhkəməsi haqqında Quantanamo həbs düşərgəsinə bənzər təssəvvürlər yaratmağa çalışır. Elə bu yerdə qeyd edək ki, ABŞ-a məxsus bu hərbi düşərgədə məhkumlar, məhkəmə qərarı olmadan saxlanılır, uzun müddət müxtəlif təhqirlərə, işgəncələrə məruz qoyularaq, ABŞ xüsusi xidmət orqanlarının maraqlarına uyğun ifadə verməyə məcbur edilirlər. İnternet məkanda yayılmış fotolarda burada saxlanılan şəxslərə qarşı sadəci dini mənsubiyyətlərinə görə işgəncə göstərildiyi faktlarını sübut edir. Ancaq nə ABŞ dövlət departamentinin rəsmiləri, nədə Freedom House təşkilatının daxil olduğu QHT şəbəkəsini bu dözülməz yerdə saxlanılan məhkumların həyatı narahat etmir. Baxmayaraq ki, Barak Obama seçki öncəsi Quantanamo məsələsini rəqiblərinə qarşı silah kimi istifadə edərək seçilsə bu düşərgəni bağlayacağını vəd etsədə hələdə dövlət büdcəsindən bu işgəncə maşınının saxlanılmasına külli miqdarda vəsait ayırır.

Azərbaycanın aşağı instansiya məhkəməsinin qanunlar və sübutlar əsasında qəbul etdiyi və apellyasiya şikayəti üçün açıq buraxdığı qərara BŞ-ın BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Samanta Pouer narahatlığını bildirib. Ancaq indiyədək dünyanın ən universal təşkilatında bir dəfə də olsun xanım Samanta Pouer Ermənistanın işğalı nəticəsində öz torpaqlarından qovulmuş, təhsil almaq, dinc yaşamaq hüquqlarından məhrum edilmiş 1 milyon insanın həyatı haqqında narahatlığını bildirməyib. Eyni zamanda, Britaniyalı Jurnalist Tomas De Vala müsahibəsində Azərbaycanlılara qarşı törətdikləri cinayətləri etiraf edən Serj Sarkisyanın BMT tribunasından çıxış etməsi, qurumun Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğal edilməsi faktını tanıyan və ərazilərin qeyri şərtsiz tərk edilməsini tələb edən qətnamələrininicra edilməməsidə xanım Samanta Pouerdə narahatlıq hissi doğurmur. Bu gün ABŞ rəsmiləri baş verən bütün proseslərə doğma və ögey gözü ilə baxırlar. Buda ABŞ-ın ədalətini şübhə altına alır. Zbiqner Bzejinski özünün Böyük Şahmat Lövhəsi əsərindədə açıq etiraf edir ki, ABŞ üçün bərabər hüquqlu tərəfdaş anlayışı yoxdur. ABŞ onun istədiyini etməyən müstəqil siyasət yürüdən ölkələrə qarşı aqresiv münasibət bəsləyir. Birləşmiş Krallığın Avropa üzrə naziri David Lidinqton da öz vəzifə səlahiyyətlərini unudaraq Azərbaycanla bağlı danışmağa başlayıb. Ancaq David Lidinqtonu Serj Sarkisyan hakimiyyətinin terrora verdiyi dəstək, işğal edilmiş ərazilərdə dağıdılan mədəniyyət abidələri və bu ərazilərdə narkotik vasitələrin yetişdirilərək Avropaya ixrac etməsi nədənsə narahat etmir. Eyni zamanda ABŞ Xüsusi Xidmət orqanlarının keçmiş əməkdaşı Snoudenin sadəcə Amerika hökümətinin qanunsuz və heç bir beynəlxalq konvensiyaya sığmayan hərəkətlərini ifşa etməsi bununda nəticəsində həyatı üçün ciddi təhlükə yaranmasıda nədənsə narahat etmir.

İnternet resurlarında kiçik axtarış edəndə məlum olur ki, ABŞ-ın və Avropa ölkələrinin özündə jurnalistlərin təhlükəsizliyi ilə bağlı kifayət qədər ciddi problemlər var. Misal üçün, 2015-ci ilin səkkiz ayı ərzində Avropa İttifaqına üzv və namizəd ölkələrdə jurnalistlərə qarşı müxtəlif kateqoriyalar üzrə 931 hadisə qeydə alınıb. Bunlardan 23-ü İngiltərə, 55-i Fransa, 61-i Almaniya, 28-i İspaniya, 6-sı Portuqaliya, 7-si Avstriya, 73-ü İtaliya, qalanları isə digər ölkələrdə baş verib. Onlardanda 7-si ölüm hadisəsi olub, 126-sı fiziki cəza, 80-i həbs, 181-i isə senzura ilə bağlı olub.

ABŞ-ın özündə də mərbuata təzyiqlərlə bağlı kifayət qədər faktlar mövcuddur. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin hələ ki satın almadığı və ya ala bilmədiyi bəzi təşkilatlar bəzi həqiqətləri dünyaya çatdırırlar. Pen American Center (PAC) Amerika Qələm Mərkəzinin Ferqyusonda jurnalistlərə qarşı zorakılıq barədə hesabatında bildirilir ki, polisin qaradərili gənc Maykl Braunu öldürməsindən sonrakı proseslərdə 52 jurnalist polis zorakılığına məruz qalıb. Onlardan 21-i həbs edilib. PAC-ın hesabatına əsasən, jurnalistlərə qarşı belə kütləvi zorakılıq və həbslər yalnız Ferqyusonda baş verməyib. 2008-ci ildə respublikaçıların Minnesotanın Sent Pol şəhərindəki ümummilli qurultayında polis 42 jurnalisti həbs edib. Onların arasında 1200-dən artıq TV və radio kanalında proqramı yayımlanan Eymi Gudmen və onun iki prodüseri də olub. PAC-ın hesabatına əsasən Uoll Striti İşğal Et hərəkatı zamanı nə az, nə çox 90 jurnalist həbs edilib. Sonuncu hadisə isə ABŞ-da canlı efirdə 2 jurnalistin öldürülməsinidə bura əlavə edək. Ancaq qeyd etdiyimiz bu faktlardan nə Dövlət Departamentinin sözçüləri nədə ABŞ-ın başqa ölkələrdə beşinci kolon təmsilçilərini və öz agentlərini maliyyələrşdirmək üçün istifadə etdiyi USAİD, NDİ,, “Human Rights Watch”, “Freedom House” və digər bu kimi təşkilatların bəyanatlarında yer almayıb.

OXŞAR XƏBƏRLƏR