Qərəmanlar Unudulmur! - Rafiq Nəsrəddinov

Qərəmanlar Unudulmur! - Rafiq Nəsrəddinov
Bütün Xəbərlər
14:58 17.03.2012
1417

18 mart Azərbaycanın Milli Qəhrəmanı Rafiq Nəsrəddinovun doğum günüdür.

Qarabağ Azadlıq Təşkilatının AZXEBER.COM-a verdiyi məlumatına görə, Rafiq Hüseyn oğlu Nəsrəddinov 1961-ci il martın 18-də Bakı şəhərində anadan olmuşdur. O, 1992-ci ildə zabit kimi Milli Orduda xidmətə başlamış, tank hərbi hissəsinin qərargah rəisi olmuş, Ağdərə rayonu istiqamətində bir sıra döyüşlərdə rəşadətlə vuruşmuşdur. 1992-ci il sentyabrın 6-da Ağdərə rayonunun Qızılqaya kəndi yaxınlığındakı döyüşdə son nəfəsinədək vuruşmuş, qəhrəmanlıqla həlak olmuşdur. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Oxuduğu 39 saylı məktəb onun adını daşıyır. Məktəbdə büstü qoyulmuş, yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur.

OXŞAR XƏBƏRLƏR