Qətər hökuməti ABŞ Prezidenti Donald Trampın Dohaya səfəri zamanı ABŞ-la Suriyanın keçid hökumətinə qarşı tətbiq olunan sanksiyaların ləğvi məsələsində qarşılıqlı anlaşma əldə etməyi planlaşdırır.
Bu barədə "The Washington Post" qəzetinə müsahibəsində Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani məlumat verib.
"Bizim məqsədimiz ABŞ-la yeni Suriya hökumətinə qarşı sanksiyaların ləğvi məsələsində qarşılıqlı anlaşmaya nail olmaqdır", – o deyib.
Qeyd edək ki, ABŞ Prezidentinin Dohaya səfəri 14–15 may tarixlərində planlaşdırılır.
/APA