Azxeber.com portalının Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Benqaliyada baş verib. Hadisə nəticəsində xoruzunun hücumuna məruz qalan Singrai Soren adlı şəxs ağır xəsarətlərlə, təcili xəstəxanaya qaldırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin şahidi olmuş şəxslərdən biri istintaqa verdiyi ifadədə, xoruzunu dəfələrlə döyüşməyə məcbur edən Sorenin daha sonra öz xoruzunun hücumuna məruz qaldığını söyləyib.