Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik nümayiş etdirən, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar sərgiləyən daha bir "TikTok" istifadəçisi həbs edilib.
AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, Göyçay şəhər sakini, 1993-cü il təvəllüdlü Fidan Mahir qızı Hümbətova "TikTok" platformasında qeyri-etik yayımlarına görə polis tərəfindən saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində kütləvi nümayiş etdirilən, ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərə, o cümlədən əxlaqsız ifadələrin səsləndirilməsinə, uyğun olmayan jestlərə və insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada nümayiş etdirilməsi) maddəsi ilə protokol tərtib edilərək iş aidiyyəti üzrə Göyçay Rayon Məhkəməsinə göndərilib.
Göyçay Rayon Məhkəməsinin qərarı ilə Fidan Hümbətova 500 manat məbləğində cərimə edilib.











































