Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 1 ili: Agentlik nə ilə yadda qaldı?

SOSİAL
15:14 19.04.2022
4167

Bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaranmasından 1 il ötür. 

 
Prezident İlham Əliyevin sərəncamı ilə 19 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılıb.
 
Agentlik Azərbaycan Respublikası prezidentinin 13 dekabr 2007-ci il tarixli Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yerinə yaradılmışdır. Bu gün Agentliyin yaranmasının 1 ili tamam olur. Geridə qalan bir il ərzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bir sıra müsbət işlərə imza atıb.
 


Milli Məclisin deputatı Ceyhun Məmmədov AZXEBER.COM-a açıqlamasında bildirib ki, bir il ərzində Agentliyin gördüyü işlər qənaətbəxşdir:

"Artıq bir ildir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi fəaliyyətə başlayıb. Bu müddətdə deyə bilərik ki, Agentlik hakimiyyətin bir qolu kimi qarşıda duran mühüm vəzifələrin icrasına başlayıb. Bir sıra layihələri də uğurla həyata keçirib. Hazırda da bu layihələrin icrası davam etdirilir. Hesab edirəm ki, Qeyri-Hökumət Təşkilatlarının kifayət qədər potensialı, imkanı var. Azərbaycan həqiqətlərinin təbliği, erməni vəhşiliyinin ifşası baxımından da QHT-lərin fəaliyyəti önəmlidir. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bir neçə dəfə işğaldan azad edilmiş ərazilərə səfərlər təşkil etdi, QHT nümayəndələri də bu ərazilərdə oldular, müxtəlif fikir mübadiləsi aparıldı. QHT nümayəndələri erməni vəhşiliklərini öz gözləri ilə gördülər. Hesab edirəm ki, bu dövr ərzində Agentliyin gördüyü işlər qənaətbəxşdir”.

Deputat həmçinin növbəti mərhələdə daha böyük uğurlara imza atılacağına inandını vurğulayıb:

"Agentliyin qarşısında bir çox vəzifələr də durur. Fəaliyyətin daha da sistemləşdirilməsi, gücləndirilməsi, QHT-lərin fəaliyyətinin mərkəzləşdirilməsi üçün addımlar atılmasına davam edilməlidir. Ümumən isə, hesab edirəm ki, Agentlik tərəfindən bir ildə mühüm işlər görülüb. İnanıram ki, növbəti mərhələdə də daha böyük uğurlara imza atılacaq. QHT-lərin potensialı da çox böyükdür və onların çox geniş imkanları var. Bütün bunlardan istifadə edərək daha böyük uğurlara nail olmaq olar”.
 


Milli Məclisin deputatı Hikmət Babaoğlu da AZXEBER.COM-a açıqlamasında Agentliyin bir illik fəaliyyəti haqda fikirlərini bildirib.

Deputat Agentliyin bir illik fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib:

"Vətəndaş cəmiyyətində ən vacib, ictimai konteksdə ən mühüm funksiya yerinə yetirənlərdən biri Qeyri-Hökumət Təşkilatlarıdır. Bunun dövlət tərəfindən dəstəklənməsi Azərbaycan dövlətinin siyasətinin tərəflərindən biridir. Çünki inkişaf etmiş cəmiyyətlər yalnız və yalnız vətəndaş cəmiyyətinin qurulduğu təqdirdə formalaşa bilir. Buna görə də mən düşünürəm ki, bu istiqamətdə ciddi bir dönüş edə bilib. Çünki hər şeydən öncə şəffaflıq, ardıcıllıq və ictimai diqqətin tələb etdiyi istiqamətdə fəaliyyət prioritetləri müəyyənləşdirilməlidir ki, düşünürəm Agentliyin fəaliyyətində bunlar düzgün müəyyənləşdirilib. Qeyri-Hökumət Təşkilatları ilə qarşılıqlı münasibətlərdə böyük bir keyfiyyət mərhələsi başlayıb. Buna görə də mən Agentliyin bir illik fəaliyyətini yüksək qiymətləndirirəm”.

Deputat həmçinin qeyd edib ki, QHT-lər istiqamətlər üzrə ixtisaslaşmaqla həmin istiqamətlərdə mühüm işlər görə bilərlər:

"Qeyri-Hökumət Təşkilatlarının üzərində bundan sonra da mühüm vəzifələr dayanır. Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Böyük Qayıdışla bağlı prosesin inkişafı, eyni zamanda mədəni-mənəvi irsimizin təbliğ olunması və dünyaya təqdim edilməsi, erməni barbarlığının dünyaya çatdırılması kimi məsələlər ictimai diplomatiya və xalq diplomatiyası mühüm rol oynayır. Ona görə də QHT-lər istiqamətlər üzrə ixtisaslaşmaqla həmin istiqamətlərdə mühüm işlər görə bilərlər. Bu məsələlər hazırda aktualdır və bu fəaliyyətlərlə bağlı işlər davam etdirilməlidir”.

Onu da qeyd edək ki, Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları, loqotipi (emblemi) vardır. İctimaiyyət nümayəndələri də agentliyin fəaliyyətini yüksək dəyərləndirir.
 
Aydın Nuri 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq