Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?

Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?
Bütün Xəbərlər
11:03 08.05.2013
1711

Ötən gün Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 3-4 dərəcə yüksək olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, havaların qeyri-sabit keçməsinə baxmayaraq, hava şəraiti iqlim normasından nisbətən yüksək temperatur qeydə alınıb.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti may ayının 10-dək davam edəcək.

Növbəti 2 gün ərzində də hava şəraitinin əsasən buludlu, yağmurlu və küləkli keçəcəyi gözlənilir.

OXŞAR XƏBƏRLƏR