3 həmyerlimiz dünyasını dəyişib.
Türkiyənin Uşak Universitetində təhsil alan azərbaycanlı tələbələr avtomobil qəzasına düşüblər. Qəza nəticəsində 3 həmyerlimiz dünyasını dəyişib, 2 nəfər isə ağır yaralanıb.
AZXEBER.COM xəbər verir ki, AzVision.az-ın məlumatına görə, tələbələr Ülvi Sadıqov və Elvin Hüseynov hadisə yerində, Anar Musayev isə xəstəxanada dünyasını dəyişib. Maşının sürücüsü Əli Kərimli və Mayıs Həsənov isə ağır yaralanıb.
Məlumata görə, dünyasını dəyişənlərdən Ülvi Sadıqov Sumqayıt, yaralanan Mayıs Həsənov isə Bakı şəhərindəndir.
Oxu.Az Ü.Sadıqov və M.Həsənovun fotolarını əldə edib.








