Qəzada ölən gəlinin - FOTOSU

Qəzada ölən gəlinin - FOTOSU
Bütün Xəbərlər
10:42 10.06.2015
9661
Mərhum bəzənmək üçün gözəllik salonuna gedibmiş
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakının Zirə qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Sail Bədirlinin idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin, 1990-cı il təvəllüdlü Vəsilə Qurbanova aldığı xəsarətdən hadisə yerində ölüb. Sürücü və onun həyat yoldaşı, 1993-cü il təvəllüdlü Rufanə Bədirli isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hadisə zamanı dünyasını dəyişən V. Qurbanovanın toyu olacaqmış. O, toya hazırlaşmaq məqsədi ilə gözəllik salonundan gedibmiş. Qəza da onlar salondan qayıdarkən baş verib.
Faktla bağlı Pirallahı rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR