Qəzaya uğramış təyyarədə azərbaycanlılar olub? - ARAŞDIRMA

Qəzaya uğramış təyyarədə azərbaycanlılar olub? -  ARAŞDIRMA
Bütün Xəbərlər
11:10 25.03.2015
1457
Nazirlik açıqlama verib.
Azərbaycan Xarici İşlər Nazirliyinin tapşırığı ilə Fransada, Almaniyada və İspaniyada olan ölkənin səfirlikləri Alp dağlarında qəzaya uğramış təyyarənin sərnişinlərinin arasında Azərbaycan vətəndaşlarının mövcudluğunu araşdırır.
AZXEBER.COM xəbər verir ki, bunu Trend-ə XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib.
Germanwings aviaşirkətinin Airbus A320 tipli təyyarəsi çərşənbə axşamı Alp dağlarında qəzaya uğrayıb. Son məlumatlara görə, Barselonadan Düsseldorfa uçan laynerin qəzası nəticəsində 150 nəfər həlak olub.
OXŞAR XƏBƏRLƏR