Qəzənfər Abdullayev işdən çıxarıldı

Qəzənfər Abdullayev işdən çıxarıldı
SOSİAL
13:44 07.10.2026
283
Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədri işdən azad edilib.

AZXEBER.COM xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının iclası keçirilib. İclasda şuranın sədrinin işdən azad olunması məsələsinə baxılıb. Şuranın qərarına əsasən, Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev vəzifəsindən azad edilib.

Yeni sədr təyin olunanadək sədr vəzifəsi müavin Xatirə İbrahimliyə həvalə edilib.

Qeyd edək ki, bir qədər əvvəl Naxçıvan Mərkəzi Seçki Komissiyası Qəzənfər Abdullayevin ərizəsini nəzərə alaraq Muxtar Respublika Ali Məclisinin deputatı mandatından məhrum edilməsi barədə qərar qəbul edib.
OXŞAR XƏBƏRLƏR