Qəzza soyqırımında ölənlərin sayı 62 mini KEÇDİ

Qəzza soyqırımında ölənlərin sayı 62 mini KEÇDİ
DÜNYA
17:38 18.08.2025
266
İsrailin son 24 saatda Qəzza zolağına təşkil etdiyi hücumlarda daha 60 nəfər həlak olub, 344 nəfər yaralanıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama verib.

Beləliklə, 7 oktyabr 2023-dən bəri ölənlərin sayı 62 min 4, yaralananların sayı isə 156 min 230 nəfərə çatıb.

Fələstin Səhiyyə Nazirliyi bildirib ki, İsrailin 18 mart 2025-də birtərəfli atəşkəsi pozmasından bu yana 10 min 460 nəfər ölüb, 44 min 189 nəfər yaralanıb.

Son sutkada insani yardım paylanması zamanı İsrail hərbçilərinin açdığı atəş nəticəsində 27 nəfər ölüb, 281 nəfər yaralanıb. Bununla da, yardım paylanmalarında ölənlərin sayı 1 965, yaralıların sayı isə 14 min 701 nəfərə yüksəlib.

Nazirlik həmçinin qeyd edib ki, aclıq səbəbindən daha 5 nəfər (2-si uşaq) dünyasını dəyişib. Ümumi aclıq qurbanlarının sayı 263 nəfərə, onlardan 112-nin uşaq olduğuna çatıb.
 
Oksana
OXŞAR XƏBƏRLƏR