Qəzzada 60 min uşaq ciddi sağlamlıq problemləri ilə üz-üzədir

Qəzzada 60 min uşaq ciddi sağlamlıq problemləri ilə üz-üzədir
DÜNYA
13:00 09.04.2025
264
Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi Qəzzada uşaqların sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi Qəzzada olan uşaqlarla bağlı açıqlama yayara "Qəzza zolağında 60 min uşaq qida çatışmazlığı səbəbindən ciddi sağlamlıq problemləri ilə üzləşib”, - deyə bildirilib.

Həmçinin bildirilib ki, qida və dərmanların Qəzzaya girişinin qarşısının alınması, qida çatışmazlığından əziyyət çəkən insanların sayını artıra bilər.

"Epidemiya xəstəlikləri üçün zəruri peyvəndlərin, xüsusilə də uşaqlar üçün poliomielit peyvəndlərinin çatdırılmasında davam edən maneələri nəzərə alsaq, sağlam qidalanma resurslarının və içməli suyun olmaması sağlamlıq problemlərini daha da artıracaq”.

Bununla yanaşı Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) İsrailin tətbiq etdiyi sıx blokada səbəbiylə Qəzzaya humanitar yardımın beş həftədir çatdırılmamasının uşaqlara dağıdıcı təsir göstərdiyini açıqlayıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR