İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına davam edən hücumları nəticəsində həlak olanların sayı 55 min 998 nəfərə yüksəlib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Qəzza zolağındakı Səhiyyə Nazirliyi məlumat yayıb.
Açıqlamaya görə, son 24 saat ərzində Qəzzadakı xəstəxanalara 39 nəfərin cəsədi və 317 yaralı çatdırılıb.
Bildirilib ki, İsrail ordusunun 19 yanvarda əldə olunmuş atəşkəsi pozaraq 18 martdan bəri həyata keçirdiyi hücumlar nəticəsində son dövrlərdə 5 min 685 fələstinli həlak olub, 19 min 518 nəfər isə yaralanıb.
Ümumilikdə 7 oktyabr 2023-cü ildən bu yana İsrailin Qəzzaya hücumları nəticəsində 131 min 559 nəfər yaralanıb.
Oksana