İsrailin 7 oktyabr 2023-cü ildən bu yana intensiv hücumlar həyata keçirdiyi Qəzza zolağında ölənlərin sayı 52 min 928-ə, yaralıların sayı isə 119 min 846-ya yüksəlib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Açıqlamada, son 24 saatda İsrailin hücumları nəticəsində 20 nəfərin həyatını itirdiyi, 125 nəfərin isə yaralandığı bildirilib.
İsrailin atəşkəsi birtərəfli qaydada pozduğu 18 martdan bu yana ölənlərin sayının 2 min 799-a, yaralıların sayının isə 7 min 805-ə yüksəldiyi bildirilib.
Qeyd olunub ki, İsrailin hücumlarına başladığı 7 oktyabr 2023-cü ildən bu yana ümumi can itkisi 52 min 928 nəfərə, yaralı sayı isə 119 min 846 nəfərə yüksəlib.
Oksana