QHT Agentliyinin Müşahidə Şurasının sədri seçildi - SİYAHI

QHT Agentliyinin Müşahidə Şurasının sədri seçildi - SİYAHI
SOSİAL
17:10 06.01.2026
162
Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yeni tərkibdə Müşahidə Şurasının ilk iclası keçirilib.

AZXEBER.COM QHT.az-a istinadən xəbər verir ki, iclasa sədrliyi ümumi razılıq əsasında Müşahidə Şurasının üzvü Rizvan Nəbiyev edib. O, məlumat verib ki, Müşahidə Şurasında təmsil olunan qurumlar – Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Milli QHT Forumu, "Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, "Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi artıq nümayəndələrini təqdim edib. Yeni tərkib aşağıdakı şəxslərdən formalaşıb:

1) Elşad Məmmədli – Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi;

2) Zaman Hüseynov – Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri vəzifələrini müvəqqəti icra edən;

3) Elnarə Ənsari – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru;

4) Fuad Məmmədov – "Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin sədri;

5) Rizvan Nəbiyev – "Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin İdarə Heyətinin üzvü;

6) Xatirə Vəliyeva – Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü;

7) Fizzə Mirzəyeva – "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin İdarə Heyətinin üzvü;

Rizvan Nəbiyev göstərilən etimada görə təşəkkür edib, bildirib ki, Prezident İlham Əliyevin 29 dekabr 2025-ci il tarixli Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Fərmanına əsasən, Şuranın 4 üzvü vətəndaş cəmiyyəti institutlarının, digər 3 üzvü isə dövlət orqanlarının nümayəndələrindən təyin edilir. Şuranın sədri Şura üzvü olan vətəndaş cəmiyyəti institutlarının nümayəndələri sırasından 4 il müddətinə seçilir. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir. O, Fərmandan irəli gələrək, Müşahidə Şurasının sədrinin seçilməsini təklif edib.

Müşahidə Şurasının üzvləri "Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin sədri, tarix elmləri doktoru, professor Fuad Məmmədovu Müşahidə Şurasına sədr seçib.

Fuad Məmmədov etimada görə Şura üzvlərinə minnətdarlığını çatdırıb, Şura üzvləri adından QHT-lərə göstərilən diqqət və qayğıya, bu sahədə aparılan genişmiqyaslı islahatlara görə Prezident İlham Əliyevə təşəkkür edib. O, Azərbaycan Respublikasının Milli Qəhrəmanı, "Aprel şəhidi” olan polkovnik-leytenant Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyevanın da Şura heyətində təmsil olunmasını şəhid ailələrinə olan həssas münasibətin növbəti təzahürü adlandırıb.

Fuad Məmmədov bildirib ki, artıq Agentliyin "İcraçı direktoru” vəzifəsi ləğv edilib, əvəzində 3 üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyəti yaradılıb. Daha sonra Şura Agentliyin İdarə Heyətini formalaşdırıb. Müşahidə Şurası Aygün Əliyevanı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, Emil Çaparlı və Elnur Bağırlını isə İdarə Heyəti sədrinin müavinləri təyin edib.

Aygün Əliyeva İdarə Heyəti adından göstərilən etimada görə minnətdarlıq edib, bildirib ki, bundan sonra da qarşıya qoyulan vəzifə və tapşırıqlar yüksək səviyyədə icra ediləcək.

Daha sonra Müşahidə Şurası qeyd olunan Fərmandan irəli gələrək, 2 dövlət komissiyasında təmsil olunması üçün üzvlərini müəyyən edib. Rizvan Nəbiyev Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında, Xatirə Vəliyeva isə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasında Agentliyi təmsil edəcək.

Müşahidə Şurası müvafiq Fərmana uyğun olaraq, İdarə Heyətinə bir sıra tapşırıqlar verib. Bundan başqa, Agentliyinin 2026-cı il üzrə Fəaliyyət Planındakı prioritetlər müzakirə edilib. QHT Agentliyinin Naxçıvan MR-da filialının yaradılması təklif olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
16:17 18.09.2026
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
Nigeriyada mədən faciəsi: Ölənlər var
15:57 18.09.2026
Nigeriyada mədən faciəsi: Ölənlər var
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
15:54 18.09.2026
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
15:48 18.09.2026
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
15:41 18.09.2026
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
15:34 18.09.2026
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
15:30 18.09.2026
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
15:04 18.09.2026
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
14:55 18.09.2026
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
Həftəsonunun ən şanslı 4 bürcü
14:40 18.09.2026
Həftəsonunun ən şanslı 4 bürcü
Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı
14:23 18.09.2026
Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı
Pezeşkian ABŞ-yə gedir
14:07 18.09.2026
Pezeşkian ABŞ-yə gedir
Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi
13:59 18.09.2026
Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi
İctimai nəqliyyatda sıxlığın qarşısı necə almaq olar – VİDEOSORĞU
13:53 18.09.2026
İctimai nəqliyyatda sıxlığın qarşısı necə almaq olar – VİDEOSORĞU
Konqoda Ebola həyəcanı: Yoluxanların sayı artdı
13:52 18.09.2026
Konqoda Ebola həyəcanı: Yoluxanların sayı artdı
İsmayıllı rayon prokurorluğunda “Açıq Qapı” günü keçirildi - FOTOLAR
13:17 18.09.2026
İsmayıllı rayon prokurorluğunda “Açıq Qapı” günü keçirildi - FOTOLAR