QHT-lər arasında memarandum imzaladı

GƏNCLİK
17:09 14.04.2015
1875

Qan donorluğunun inkişafı istiqamətində QHT-lər arasında memarandum imzaladı

14 aprel 2015-ci il “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi və “Qan Donorları Assosiasiyası” İctimai Birliyi arasında respublikada qan donorluğunun inkişafı istiqamətində birgə əməkdaşlıq memorandumu imzalanıb.

Qan Donorları Assosiasiyasının mətbuat xidmətinin verdiyi məlumata əsasən, memorandumun məqsədi yaxın gələcəkdə paytaxt şəhərdə gənclərin qan donorluğuna cəlb olunması, maarifləndirilməsi və gənclər arasında qan donorluğu mədəniyyətinin formalaşdırılması istiqamətində birgə əməkdaşlığın əldə olunmasıdır.

Memorandum “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi sədri Ağamir Ağamirov və Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərovtərəfindən imzalanıb. İmzalanma prosesində birliklərin idarə heyətinin üzvləri, əməkdaşları və fəal üzvləri iştirak etmişdir. Mərasim sonrası iki təşkilatın rəsmiləri gələcək planları və birgə görüləcək müştərək layihələri müzakirə etmişdir.

Qeyd edək ki, Qan Donorları Assosiasiyası artıq 7 ilə yaxın müddətdir ki, respublikada qan donorluğunun inkişafı sahəsində fəaliyyət göstərir və gənclərin könüllü qanvermələrə cəlb olunması üçün məqsədyönlü layihələr həyata keçirir. Birliyin hədəfi gənclərin bu layihələrdə fəal sürətdə iştirakını təmin etməkdir.

OXŞAR XƏBƏRLƏR