QHT rəhbəri Milli Şuranın yeni sədrindən danışdı

QHT rəhbəri Milli Şuranın yeni sədrindən danışdı
Bütün Xəbərlər
12:13 05.07.2012
1299

Xəbər verildiyi kimi, Gənclər Təşkilatları Milli Şurasının ötən həftə keçirilən qurultayında “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin icraçı direktoru Şahin Seyidzadə quruma yeni sədr seçilib. Gənclər sektorunda xüsusi marağa səbəb olan bu seçkilərlə bağlı danışan“İslahatçı Gənclər” Birliyinin sədri Fərid Şahbazlıbildirib ki, rəhbərlik etdiyi təşkilat Milli Şuranın üzvü olmasa da, bu prosesi yaxından izləyib:

“Hesab edirəm ki, Milli Şuranın sədrliyinə keçirilən seçkilər ölkə gəncliyinin həyatında olduqca mühüm hadisə kimi tarixə düşdü. Kimin nə deməsindən asılı olmayaraq, Milli Şuraya 8 il rəhbərlik edən millət vəkili Fuad Muradov ölkənin ictimai-siyasi həyatında, xüsusi ilə gənclər sektorunda ciddi nüfuz və mövqe sahibidir. Bu statusda bir siyasətçinin öz yerini yeni komandaya təhvil verməsi bütün hallarda təqdirəlayiq addımdır.O ki qaldı Milli Şuranın bundan sonrakı fəaliyyətinə- bu haqda danışmaq, qiymət vermək hələ çox tezdir. Çünki bu gün Milli Şuranın uğurları ilə yanaşı, qarşıda görüləsi bir xeyli zəruri işləri də var.

Prezident Adminstrasiyasının şöbə müdiri hörmətli Elnur Aslanov da qurultayda bildirdi ki, Milli Şura zaman-zaman ölkənin gənclər sektorunda xüsusi nüfuz sahibi olub. Ayrı-ayrı dövrlərdə bu qurumun rəhbərliyində təmsil olunan gənclər hazırda müxtəlif sahələrdə dövlət idarəçiliyində yüksək potensiallı kadrlar kimi iştirak edirlər. Bu gün isə təəssüflə qeyd etməliyik ki, ölkədə fəaliyyət göstərən 220-dən artıq gənclər təşkilatının yalnız üçdə biri Milli Şuranın üzvüdür. Bu o deməkdir ki, Milli Şuranın əvvəlki statusunu özünə qaytarmaq lazımdır. Milli Şuranın yeni rəhbərliyinin üzərinə düşən əsas vəzifə bu qurumu bütün gənclərin etibar etdiyi və ətrafında birləşdiyi bir təsisata çevirməkdir. Bunun üçün isə proseslərə və təşkilatlara fərdi, yeni və ədalətli yanaşma tələb olunur. İnanmaq istərdik ki, Milli Şuranın yeni rəhbərliyi fəaliyyətini cənab Prezidentin gəncliyimizin qarşısına qoyduğu vəzifələrə uyğun formada həyata keçirəcək”.

Fərid Şahbazlı son olaraq rəhbərlik etdiyi təşkilatın Milli Şuraya indiyə qədər üzv olmamasına da toxundu: “Heç şübhəsiz ki, bu məsələ obyektiv amillərlə bağlıdır. Ancaq indiki məqamda bu barədə danışmağı uyğun saymıram. Sadəcə arzulayıram ki, Milli Şuranın yeni rəhbərliyinin fəaliyyəti Şuradan kənarda qalmış digər təşkilatlar kimi, bizim də bu quruma üz olmağımız üçün stimul rolunu oynasın”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda əhalinin gəlirləri 7%-dən çox artıb
16:40 15.08.2025
Azərbaycanda əhalinin gəlirləri 7%-dən çox artıb
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
16:36 15.08.2025
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
16:27 15.08.2025
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
16:22 15.08.2025
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
16:20 15.08.2025
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA