QHT sədrindən ‘Human Rights Watch’a sərt cavab : ‘Onlara maraqlı olan Xədicənin, Leylanın raportlarıdır’

QHT sədrindən ‘Human Rights Watch’a sərt cavab : ‘Onlara maraqlı olan Xədicənin, Leylanın raportlarıdır’
Siyasət
14:39 29.09.2014
2269

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri: “Nə mənə, nə də əməkdaşlıq etdiyim onlarla QHT-yə bu barədə sorğu daxil olmayıb. Vətəndaş cəmiyyətinin üzvü kimi bizim mövqeyimizi araşdırılmayıb. Demək ki, onların özlərinə də bu maraqlı deyil. Onlara maraqlı olan Xədicənin, Leylanın aldıqları milyonlar hesabına verdikləri raportlardır”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov söyləyib. O, “Human Rights Watch” təşkilatının Azərbaycanla bağlı növbəti hesabatını təxribat adlandırıb.

Assosiasiya sədrinin sözlərinə görə, bu təşkilat  Avropa insanının gözündə Azərbaycanla bağlı mənfi rəy yaratmağa çalışır:

“Düşünürəm ki, bu təşkilatların verdiyi hesabatlar onlardan başqa heç kimə maraqlı deyil. Çünki hər kəs bu qurumların hansı prinsiplərlə işlədiyi çox gözəl bilir. Belə olmasaydı hesabatlar daha dürüst və müqayisəli şəkildə aparılardı. Cənubi Qafqazda demokratiyanın, multikultralizmin, bəşəri dəyərlərin, siyasi və vicdan azadlığının ən çox qorunduğu ölkə Azərbaycandır. Bunu bütün dünya qəbul edir və bu səpkidə keçirilən bütün beynəlxalq forumların Bakıda keçirilməsinə maraq göstərir”.

S.Abbadov hesabatda  Azərbaycanda son iki ildə əsassız ittihamlarla azı 50 müstəqil və müxalif siyasi fəalları, jurnalist, blogger və hüquq-müdafiəçilərinin həbs edilməsi və onların əksəriyyəti hələ də həbsdə saxlanılması ilə bağlı qeyd edilən iftira dolu məlumatlara da münasibət bildirib.

QHT sədri “Human Rights Watch” təşkilatının Cənubi Qafqaz üzrə olan nümayəndəsini daha obyektiv olmağa səsləyib:

“Təşkilatın Cənubi Qafqaz üzrə nümayəndəsi Georgi Gogia əvvəlcə gedib Gürcüstanda illərdir saxlanılar yüzə yaxın siyasi məhbuslar haqqında sərt hesabatlar hazırlasın. Sonra digər ölkələrə keçər. Məncə o bunu etməz. Çünki Gürcüstan və Ermənistandakı çöküşə görə Avropa heç bir təşkilata “DILƏNÇİPAYI” verməz. Azərbaycanın artan iqtisadi və siyasi qüdrəti bir çox dövlətlər üçün qıcıq mənbəyi olduğundan burda “demokratiya boğulur” kimi absurd fikirlərin önə çəkilməsi daha asan gəlir mənbəyinə çevrilir. Hesab edirəm ki, bizim bəzi QHT-lər bu sahədə çox passivlik nümayiş etdirirlər. Biz bəzi məqamlarda cavab vermək və yaxud da sadəcə susmaq yolunu seçirik. Biz konkret olaraq bu təşkilatlara təzyiq göstərərək ədalətli hesabat hazırlanmasına nail olmalıyıq. Əks halda bu hesabatlar ayda, ildə bir dəfə yox, həftədə bir dəfə gələcək. Biz buna əhəmiyyət vermiyə bilərik. Lakin bizim susqunluğumuz dünya tərəfindən təsdiq kimi qəbul edilə bilər. Elə hesab edirəm ki, bu kimi bir çox ümummilli məsələlərdə biz daha innovativ üsullardan istifadə edərək ortaya konkret mövqe qoymalı və təsir metodunun yaradılması barədə düşünməliyik. Bu istiqamətdə aparılan siyasət sistemləşdirilməli, mərkəzləşdirilməlidir. Ölkəmizə qarşı aparılan qara piara informativ və operativ şəkildə STOP deyəcək səviyyədə güclənməliyik.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
16:27 15.08.2025
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
16:22 15.08.2025
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
16:20 15.08.2025
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb