Azərbaycanın Qazax rayonunda qidadan kütləvi zəhərlənmə olub.
AZXEBER.COM Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə aprelin 13-də Qazax rayonunun Kəmərli kəndində qeydə alınıb. Kənd sakini Ruslan Cəfərovun evində qızları Aytac, Gülsüm, Aytən, oğlu Yusif və qohumu, Gürcüstan vətəndaşı Vüqar Şahverdov kolbasadan zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.