Ağdam, Goranboy, Tərtər istiqamətində uçuşlar başladı.
Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri cəbhə xətti boyu uçuşları davam etdirir.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, təyyarələr bu gün səhər saatlarından etibarən təmas xətti boyu müşahidə xarakterli uçuşlar həyata keçirir.
Təyyarələrin Ağdam, Goranboy, Tərtər, Füzuli, Beyləqan və Xocavənd istiqamətində uçuşları müşahidə olunur.