Qırğızıstana məxsus təyyarə Vnukovoda təcili eniş edib

Qırğızıstana məxsus təyyarə Vnukovoda təcili eniş edib
DÜNYA
16:48 18.08.2025
144
Qırğızıstanın "Aero Nomad Airlines” aviaşirkətinə məxsus təyyarə Vnukovoda təcili eniş edib.

Bu barədə Qırğızıstan KİV-ləri məlumat yayıb.

Bildirilib ki, Moskva-Oş reysini həyata keçirən "Airbus A320” təyyarəsi uçuşdan qısa müddət sonra nasazlığın yaranması barədə məlumat verib.

"Təyyarə yerə eniş edib, ona texniki baxış keçirilir. Nasazlıqların aradan qaldırılması üç saata yaxın vaxt aparacaq, bundan sonra təyyarə Oşa yola düşəcək", - mətbuat xidmətindən bildirilib.
 
\report
OXŞAR XƏBƏRLƏR