Qırğızıstanın dövlət xəbər agentliyində Azərbaycanla bağlı məqalə: ""Orta Dəhliz" bizim ortaq dəyərimizdir"

Qırğızıstanın dövlət xəbər agentliyində Azərbaycanla bağlı məqalə: ""Orta Dəhliz" bizim ortaq dəyərimizdir"
SİYASƏT
13:47 26.03.2025
4167
"Azxeber Media"nın baş direktoru, jurnalist Əfsələddin Ağalarovun "Qırğızıstan-Azərbaycan münasibətlərində "Orta Dəhliz"" başlıqlı araşdırma yazısı Qırğız Respublikasının dövlət xəbər agentliyi olan "KABAR"da dərc olunub.
 
AZXEBER.COM xəbər verir ki, yazıda Azərbaycan və Qırığız Respublikasının siyasi, iqtisadi əlaqələri və bu əlaqələrin yeni erasının başlanğıcı olan "Orta Dəhliz"lə bağlı geniş araşdırma öz əksini tapıb.
 
Yazıda ilk olaraq iki ölkə arasında olan əlaqələrdən geniş bəhs olunub. Belə ki, Azərbaycan və Qırğızıstan arasındakı əlaqələr, siyasi, iqtisadi, mədəni və sosial sahələrdə güclənməkdə olduğu, bu əlaqələrin qarşılıqlı hörmətə və dostluğa əsaslandığı xüsusi vurğulanıb.
 
Yazıda həmçinin bildirilib ki, Azərbaycan və Qırğızıstan arasında siyasi və iqtisadi əlaqələrin inkişafı üçün güclü iradə formalaşıb. 

Münasibətlərin uğurlu təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğu, prezident İlham Əliyev tərəfindən yüksək diqqətdə saxlanıldığı qeyd edilib. 


Bildirilib ki, Azərbaycan və Qırğızıstan həmçinin regional təhlükəsizlik məsələlərində də əməkdaşlıq edirlər. Hər iki ölkə, Orta Asiya regionunda və ümumiyyətlə, beynəlxalq təhlükəsizlik məsələlərində qarşılıqlı dəstək verməyə çalışırlar.

Araşdırmada Azərbaycan-Qırğızıstan dostluğunun əsas simvollarından birinə çevrilmiş Asiya ilə Avropanı birləşdirən trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin davamı olan Orta Dəhliz nəqliyyat dəhlizi ilə bağlı da geniş məlumat verilb. Burada dəhlizin son illərdə nəzərəçarpacaq sürətli və təhlükəsiz fəaliyyəti ilə bağlı iqtisadi göstəricilər oxucuların diqqətinə çatdırılıb. 

Yazı Qırğızıstan mediası tərəfindən də maraqla qarşılanıb və bir çox qırğız media orqanlarında "KABAR"a istinadla dərc edilib.

Qeyd edək ki, "Kabar" Qırğızıstanın rəsmi xəbər agentliyidir və ölkənin ən böyük informasiya mənbələrindən biridir. 1992-ci ildə təsis edilmiş bu agentlik, Qırğızıstanda və beynəlxalq aləmdə baş verən mühüm hadisələr haqqında xəbərlər təqdim edir.
 
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın ali rəsmiləri Xameneinin vəziyyətindən danışdılar
22:18 29.10.2026
İranın ali rəsmiləri Xameneinin vəziyyətindən danışdılar
Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər
22:09 29.10.2026
Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
22:03 29.10.2026
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb - FOTOLAR
21:53 29.10.2026
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb - FOTOLAR
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
21:48 29.10.2026
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb
21:36 29.10.2026
Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb
Trampla Ərdoğan arasında telefon danışığı olub
21:29 29.10.2026
Trampla Ərdoğan arasında telefon danışığı olub
“Futbol azarkeşlərindir!” - Belə təşəkkür etdi
21:24 29.10.2026
“Futbol azarkeşlərindir!” - Belə təşəkkür etdi
İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri müzakirə olunub
21:18 29.10.2026
İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri müzakirə olunub
Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
21:11 29.10.2026
Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
Aİ-nin hərbi helikopteri qəzaya uğrayıb, ölənlər var
21:04 29.10.2026
Aİ-nin hərbi helikopteri qəzaya uğrayıb, ölənlər var
İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı artdı
20:56 29.10.2026
İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı artdı
Sibiha: Zelenski Putinlə ərazi məsələlərini müzakirə etməyə hazırdır
20:49 29.10.2026
Sibiha: Zelenski Putinlə ərazi məsələlərini müzakirə etməyə hazırdır
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video
20:44 29.10.2026
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video
Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb
20:36 29.10.2026
Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb
Azərbaycan millisi FIFA U-15 dünya çempionatında Vyetnam yığmasına məğlub olub
20:33 29.10.2026
Azərbaycan millisi FIFA U-15 dünya çempionatında Vyetnam yığmasına məğlub olub