Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabat açıqlayıb

Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabat açıqlayıb
İQTİSADİYYAT
15:04 30.04.2025
872

2019-cu ildən etibarən ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına dəstək olan Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabatlarını təqdim edib.

AZXEBER.COM xəbər verir ki, "Cəmiyyət”, "Ətraf mühit” və "Heyvanların mühafizəsi” istiqamətlərində fəaliyyət göstərən fond donorlar tərəfindən maliyyələşir. Ötən 3 ay ərzində fonda 2753 donor tərəfindən 54737 manat ianə edilib. Toplanan vəsaitlər hesabına bir çox vacib və marqlı layihə həyata keçirilib.

Fon cari ilin ilk rübündə sosial həssas qrupdan olan 25 ailəyə himayə yardımları göstərib. Xalqımızın yardımlaşma ənənəsini davam etdirmək məqsədi ilə "Novruz payı” və "Ramazan payı” aksiyaları baş tutub. Aksiya çərçivəsində redhearts.az vebsaytı və Birbank mobil tətbiqi vasitəsilə 986 donordan 9673 manat ianə toplanıb. Kampaniya çərçivəsində 39 bölgədən olan 485 ailəyə 70 manat dəyərində bayram sovqatı çatdırılıb. Eyni zamanda Xaçmaz rayonunda 7 dəfə iftar süfrəsi təşkil olunub.

Artıq üçüncüsü reallaşan "Qırmızı Ürəklər təhsil təqaüdü proqramı” ötən dövrdə də həyata keçirilib. Proqrama müraciət edən 306 nəfərdən 69 nəfəri ikinci mərhələyə keçsə də qalib olmaq şansını 23 nəfər əldə edib. Yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan, sosial baxımdan həssas əhali qrupuna aid həmin tələbələrə tədris ilinin sonundadək aylıq 200 AZN təqaüd təqdim ediləcək.

Fondun inklüziv cəmiyyət naminə başlatdığı "Bütün vücudlar danışır” layihəsi cari ildə də davam edir. Layihənin məqsədi əlilliyi olan şəxslərin həyat keyfiyyətinin yüksəldilməsi, inklüziv mühitin formalaşdırılmasıdır. Layihəyə 414 nəfər sağlamlıq imkanları məhdud olan uşaq, qazi, eləcə də ahıl və əlilliyi olmayan şəxslər cəlb edilib. Cəmiyyətin müxtəlif fərdlərini əhatə edən layihədə rəqs təlimləri təşkil olunur.

Ətraf mühitin qorunması istiqamətində fondun Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirdiyi "Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə bu il Kapital Bank-da qoşulub. Əməkdaşlıq nəticəsində bankın baş ofisi və filiallarında 149 zərərli tullantı qutusu yerləşdirilib. Bundan əlavə 21 məntəqədən 319 kiloqram batareya toplanaraq "Tullantıları İdarəetmə Mərkəzi”nə təhvil verilib.

Qeyd edək ki, "Qırmızı Ürəklər” Fondu ötən il ekologiyanın qorunması istiqamətində həyata keçirdiyi uğurlu fəaliyyətinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb. Həmçinin fond Azərbaycanda ilk dəfə olaraq Korporativ Könüllülük Konsepsiyasını qəbul edib. Konsepsiyanın məqsədi əmək fəaliyyəti ilə məşğul olan şəxslərin sosial fəaliyyətlərdə fəal iştirakını təmin etmək və ölkənin bütün regionlarına könüllülər vasitəsilə əlçatanlığı təmin etməkdir. Bu konsepsiya əsasında Kapital Bank-da çalışan 244 əməkdaş fondun könüllüsü olub.

Fond həmçinin ianəçilik mədəniyyətinin əhatə dairəsini genişləndirmək məqsədi ilə "m10” mobil tətbiqində də yer alır. Bununla da vətəndaşlar birbaşa və asan şəkildə fonda ianələr edə bilərlər.

Qeyd edək ki, "Red Hearts” – Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.azsaytına daxil olmaq kifayətdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - Yenilənib
20:02 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - Yenilənib
Misirdə iki qatar toqquşub, 140 nəfər xəsarət alıb
19:53 08.11.2026
Misirdə iki qatar toqquşub, 140 nəfər xəsarət alıb
Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
19:42 08.11.2026
Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Premyer Liqa: "Sabah" "Şamaxı" ilə oyunda xal itirib
19:40 08.11.2026
Premyer Liqa: "Sabah" "Şamaxı" ilə oyunda xal itirib
Şəhid Namiq Quliyevin əziz xatirəsində həsr olunmuş anım tədbiri keçirilib - FOTOLAR
19:35 08.11.2026
Şəhid Namiq Quliyevin əziz xatirəsində həsr olunmuş anım tədbiri keçirilib - FOTOLAR
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub
19:27 08.11.2026
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
19:16 08.11.2026
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:07 08.11.2026
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
18:55 08.11.2026
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video