“Qırmızı Ürəklər” könüllülərinin iştirakı ilə Xəzərin Bilgəh sahili tullantılardan təmizlənib

“Qırmızı Ürəklər” könüllülərinin iştirakı ilə Xəzərin Bilgəh sahili tullantılardan təmizlənib
İQTİSADİYYAT
16:33 01.07.2024
530
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən "Təmiz ölkəm” təmizlik aksiyası çərçivəsində bu dəfə Xəzərin Bilgəh sahili tullantılardan təmizlənib.
 
Qırmızı Ürəklər Fondunun könüllülərinin də iştirak etdiyi aksiyada sahil zolağından 1200 kiloqram həcmində plastik və digər məişət  tullantıları toplanıb.  

Bir çox şirkətin qatıldığı təmizlik aksiyasının keçirilməsində əsas məqsəd Xəzərin sahilyanı ərazilərinin tullantılardan təmizlənməsi ilə yanaşı, bu təşəbbüsə daha çox iştirakçı cəlb etməklə ətraf mühitin qorunması istiqamətində maarifləndirmə və təbliğat işlərini gücləndirməkdir.  

Fəaliyyət istiqamətlərindən biri də ətraf mühitin mühafizəsi olan Qırmızı Ürəklər Fondu hər zaman bu kimi layihələrdə yer almaqla cəmiyyətdə təbiətə qarşı həssaslığı artırmağa, könüllülərinin timsalında insanları ekologiyanın qorunmasına səsləyir. Ətraf mühitin mühafizəsində yaxından iştirak etmək, eləcə də bu kimi layihələrdə hər zaman tərəflərdən biri olmaq Kapital Bank-ın korporativ sosial məsuliyyət strategiyasının bir hissəsidir və bankın bu istiqamətdə fəaliyyəti davam edir. 

Qeyd edək ki, "Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin  həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts”-ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Özünü hər sahədə göstərə bilən bürclər
00:42 15.08.2026
Özünü hər sahədə göstərə bilən bürclər
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
00:38 15.08.2026
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
00:30 15.08.2026
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
"Avroviziya"nın qaydaları dəyişdirildi
00:26 15.08.2026
"Avroviziya"nın qaydaları dəyişdirildi
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
00:20 15.08.2026
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
00:06 15.08.2026
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
Bürclər bu günə nə deyir?
00:04 15.08.2026
Bürclər bu günə nə deyir?
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
23:52 14.08.2026
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
23:46 14.08.2026
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
23:36 14.08.2026
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
23:26 14.08.2026
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
23:16 14.08.2026
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
23:06 14.08.2026
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
Böyükşorda su niyə yaşıl rəngdədir? - Dövlət xidmətindən açiqlama - FOTO
22:59 14.08.2026
Böyükşorda su niyə yaşıl rəngdədir? - Dövlət xidmətindən açiqlama - FOTO
"Yaxın günlərdə təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli
22:50 14.08.2026
"Yaxın günlərdə təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli
Nardaranda azyaşlının ayağı su nasosunda sıxılı vəziyyətdə qaldı
22:37 14.08.2026
Nardaranda azyaşlının ayağı su nasosunda sıxılı vəziyyətdə qaldı