“Qış havası” nə zaman bitəcək?

“Qış havası” nə zaman bitəcək?
Bütün Xəbərlər
11:17 13.04.2015
2796
Azərbaycanda yağışlı hava şəraiti aprelin 14-də gündüz saatlarına kimi davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova AZXEBER.COM-a verdiyi məlumata görə, sabah gündüz saatlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi proqnozlaşdırılır: “Ayın 15 və 16-da gün ərzində əsasən yağmursuz hava şəraitinin müşahidə ediləcəyi gözlənilir. Temperatur bu günlə müqayisədə 2-3 dərəcə yüksələcək”.
Qeyd edək ki, son günlər Azərbaycanda temperatur 8 dərəcə aşağı düşüb.
OXŞAR XƏBƏRLƏR