Qış Universitetində "qeyri-həyat sığortası" mövzusunda görüş keçirildi

Qış Universitetində "qeyri-həyat sığortası" mövzusunda görüş keçirildi
GƏNCLİK
15:03 13.02.2012
1915
Qış universitetinin 3-cü günü “Qarant Sığorta” ASC və “Atəşgah Sığorta” ASC-nin rəsmiləri Eldar Abbasov və Əkbər Mədətli layihənin qonağı olmuşlar. Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin əməkdaşı və “Gənc Liderlər Üçün Qış Universiteti-Sıöortalı gələcək” layihəsinin meneceri Orxan Bayramovun iştirakı ilə “Qeyri–həyat sığortası” mövzusunda keçirilən görüş ilk öncə sığorta şirkətlərinin təqdimatlarının nümayişi ilə başlamışdır. "İrəli"dən AZXEBER.COM-a verilən məlumata görə, görüş zamanı Eldar Abbasov qeyri-həyat sığortasının növlərindən olan və son zamanlar daha çox aktuallıq qazanmış avtomobil sığortasından danışmış, bu sığorta növünə dair videoroliklər nümayiş etdirmişdir. Daha sonra Əkbər Mədətli iştirakçılara əmlak sığortası, əmlak sığortası zamanı qiymətə təsir edən amillər, məsuliyyət sığortası barədə məlumat vermişdir.Azərbaycanda sığortanın qərb ölkələrinə nisbətən daha az inkişaf etməsinin səbəbini Eldar Abbasov belə açıqlamışdır: “Avropada sığorta şirkətlərinin yüksək səviyyədə inkişaf etməsinin səbəbi icbarı sığortanın burada 30-40 il əvvəl formalaşmasıdır. İcbari sığorta sığorta bazarını önə çəkən əsas amildir.” Orxan Bayramov dac ekspertin fikirlərinə əlavə olaraq bildirmişdir: “Avropada hər bir razı müştəri şirkətə üç müştəri gətirir, narazı müştəri isə on potensial müştəri aparır. Azərbaycanda isə narazı qalanlar daha çox müştəri aparırlar. Çünki sığorta şirkətlərinə inamsızlıq var.”Ekspertlər əhalidə sığortaya güvənlilik hissinin formalaşdırılması məqsədilə bu istiqamətdə maarifləndirmə işlərinin daha geniş aparılmasının zəruriliyini vurğulamış və “İRƏLİ” İctimai Birliyinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti ilə bu istiqamətdə həyata keçirdiyi layihələri təqdirəlayiq hesab etdiklərini xüsusi qeyd etmişlər. Sonda qonaqlar layihə iştirakçılarına hədiyyələr təqdim etmişlər.Xatırladaq ki, 100 nəfər gəncin qatıldığı “Gənc Liderlər üçün Qış Universiteti−Sığortalı Gələcək” layihəsi Qəbələ rayonunda 15 Fevral 2012-ci il tarixinədək davam edəcək.Layihə çərçivəsində gənclərə sığorta, biznes, kommunikasiya, iqtisadiyyat, natiqlik, liderlik, idarəetmə, informasiya texnologiyalarından düzgün istifadə kimi praktiki mövzularda təlimlər keçiləcək. Layihə 5 gün müddətində bir sıra mühüm dövlət adamlarını, millət vəkillərini, iş adamlarını, müxtəlif mütəxəssisləri və həmçinin müxtəlif sahələrdə göstərdikləri uğurlu fəaliyyətlərə görə cəmiyyətdə tanınan və rəğbət qazanan şəxsiyyətləri qonaq edəcək.Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “İRƏLİ” İctimai Birliyi tərəfindən həyata keçirilir. AzTV, XəzərTV, həmçinin 1news.az, gun.az, AzerTAc, news.az, azxeber.com, qaynar.info, interfax.az agentlikləri layihənin rəsmi informasiya dəstəkçisidirlər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:45 07.06.2025
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
12:35 07.06.2025
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
12:21 07.06.2025
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
12:12 07.06.2025
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
12:00 07.06.2025
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
11:53 07.06.2025
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu- VİDEO
11:48 07.06.2025
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu- VİDEO
Yağıntılı hava nə vaxtadək davam edəcək?
11:25 07.06.2025
Yağıntılı hava nə vaxtadək davam edəcək?
ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi
11:14 07.06.2025
ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi