Qış Universitetinin iştirakçıları “Nə? Harada? Nə zaman?” oyununda yarışdılar

GƏNCLİK
15:54 13.02.2012
1555

Qış Universitetinin 3-cü günü təkcə maraqlı təlimlərlə deyil, həm də intellektual, əyləncəli yarışlarla yadda qalmışdır. İştirakçılar bu dəfə “Nə? Harada? Nə zaman?” oyununda öz biliklərini sınamışlar.

"İrəli"dən AZXEBER.COM-a verilən məlumata görə, gərgin mübarizə şəraitində keçən yarışda komandalar üçün 20 sual hazırlanmış, lakin oyunun qalibi yarışın əsas mərhələsində müəyyənləşməmişdir. Əsas mərhələnin sonunda bərabər xal toplayan Tərəqqi və Birlik komandaları əlavə suallar mərhələsində yarışmış və sonda Tərəqqi komandası qalib gəlmişdir. 

Xatırladaq ki, 100 nəfər gəncin qatıldığı “Gənc Liderlər üçün Qış Universiteti−Sığortalı Gələcək” layihəsi Qəbələ rayonunda 15 Fevral 2012-ci il tarixinədək davam edəcək.

Layihə çərçivəsində gənclərə sığorta, biznes, kommunikasiya, iqtisadiyyat, natiqlik, liderlik, idarəetmə, informasiya texnologiyalarından düzgün istifadə kimi praktiki mövzularda təlimlər keçiləcək. Layihə 5 gün müddətində bir sıra mühüm dövlət adamlarını, millət vəkillərini, iş adamlarını, müxtəlif mütəxəssisləri və həmçinin müxtəlif sahələrdə göstərdikləri uğurlu fəaliyyətlərə görə cəmiyyətdə tanınan və rəğbət qazanan şəxsiyyətləri qonaq edəcək.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “İRƏLİ” İctimai Birliyi tərəfindən həyata keçirilir. AzTV, XəzərTV, həmçinin 1news.az, gun.az, AzerTAc, news.az, azxeber.com, qaynar.info, interfax.az agentlikləri layihənin rəsmi informasiya dəstəkçisidirlər.

OXŞAR XƏBƏRLƏR