“Qışda peyvənd tapılmasa da, COVID-19 adi xəstəlik kimi olacaq”

“Qışda peyvənd tapılmasa da, COVID-19 adi xəstəlik kimi olacaq”
SOSİAL
11:20 16.09.2020
2487
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru Rəşad Mahmudov koronavirus pandemiyasına görə dünyada və Azərbaycanda bundan öncə atılan addımlar və qarşıda bizi gözləyən proseslərlə bağlı danışıb.

AZXEBER.COM xəbər verir ki, R.Mahmudov "APAralel” verilişində çıxışı zamanı COVİD-19 virusunu qriplə müqayisə edib: "Ətrafımızda insanlardan 100 nəfərdən biri qriplə qarşılaşmaya bilər, hamı qrip infeksiyasını keçirib.COVİD-19 kimi virusla da hamımız zaman içində qarşılaşacağıq. Bu gün dünya səhiyyə sistemi olaraq COVİD-19 virusu ilə bağlı hadisələrə 70-80 faiz hakimik. Lakin kütləvi yoluxmanın gətirəcəyi stres və virusu öyrənməyə görə hadisəni nəzarət saxlamaq üçün iqtisadiyyata, mədəniyyətə zərbə vuran insanları evə bağlamaq qərarına hökumətlər məcbur oldu. Üç ay bundan qabaqkı vəziyyətlə müqayisədə nə dünya, nə də ölkəmizdə vəziyyət daha da yaxşıdır. Bu gün yumşalmanın olmasının səbəbi daha əvvəl toxunduğumuz hər yerdən qorxarkən, bu gün virusu öyrənməyimizdir.  İndi bu virusun davranma üsulunu bilirik, bu virus sadə qripdə olduğu kimi davranır, hava yolu təması ilə keçir. Biz bunu uyğun bir şəkildə qoruduğumuz zaman gündəlik həyatımızı davam etdirə bilərik. İndi vəziyyət tam nəzarət altındadır, karantin xəstəxanalarının yataqlarının 90 faizindən çoxu boşdur, əlavə xəstəxanalar da ayrılır. Amma virus bizimlədir, növbəti dalğa bizim gücümüzdən böyük olarsa, nəzarətdən çıxa bilər. Burada virusun davranma tərzi də nəzərə alınmalıdır, aprel ayında virusa yoluxanlarda ağciyər tutulması heç 1 faiz olmadığı halda, iyun-iyul aylarında yoluxanların 90 faizində ağciyərdə zədələnmələr oldu. Bunu dərəcəsindən asılı olaraq kimsə hiss etməyə bilərdi. Qorxutmaq üçün demirəm, amma virusun növbəti davranışının necə olacağı da bəlli deyil. Buna görə ehtiyatlı olmalıyıq. Amma biz əvvəlki qədər qorxub evlərə bağlanmayacağıq. Çünki dünyanın artıq bir təcrübəsi var. Biz vətəndaş olaraq ehtiyatımızı 5 dəfə artırmalıyıq, məsuliyyətimizi hiss etməliyik”.

R.Mahmudov qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı payızla bağlı vəziyyətin daha da pisləşə biləcəyi haqda xəbərdarlıq edib:

"Virusun insanlar üzərində yaratmış olduğu qorxu ilə uşağımızın adi qrip olduğu zaman keçirəcəyimiz stresi düşünərək cəmiyyət bizi nələrin gözləyəcəyinə hazır olmalıdır ki, həmin vaxt küyə düşərək daha böyük zərər verməyək. Bu payızdan sonra istər peyvənd olsun, istər olmasın, gələcək üçün artıq rahat nəfəs alınacaq zamana giriləcək. Bu COVİD-19 da digər virus xəstəlikləri kimi olacaq. Vaxtilə "Heptatit A” virusu üçün nə qədər insan həyatını itirib, amma indi o viruslar davranışını dəyişərək insana zərər vermədən yaşayırlar. Virusun yaşaması üçün insana ehtiyacı var. Sadəcə indi çaşqınlıq var, bu çaşqınlığı da virus yaratmayıb, o, belə aqressiv olmamalı idi. İnsanlıq olaraq biz virusa müdaxilə etmişik, biolojik olaraq ola biləcək ehtimallar var, şübhələr var. Virusun belə fərqli davranması, ağciyərə, ürək-damar sisteminə qarşı həssaslığı ilə bağlı şübhələrimiz var”. 

Rəşad Mahmudov əlavə edib ki, yenidən alovlanmalar olduğu zaman hər bir ölkəyə ÜST tərəfindən tövsiyələr verilib:

"Artıq konkret bir qərar verildi. Ağır, sərtləşdirilmiş karantin rejimlərinin COVİD-19 virusu ilə mübarizədə heç bir faydasının olmadığı, hətta zərərinin daha çox olduğu sübut olundu. Əslində zərərinin çox olduğunu hamı bilirdi. Amma tibbi nöqteyi-nəzərdən faydasına görə karantin olunurdu, amma görüldü ki, faydası da yoxdur. Bundan sonra ən ağır, pik hadisələr olsa belə, parklarımız bağlanmayacaq. Bizim məsafəli yürüş edib, maskamızı istifadə etdikdən sonra həyat olduğu kimi davam edəcək. Əvvəlki məhdudiyyətlərin bizim üçün yaratdığı fiziki passivlik mənfi nəticəsini verir. İdmançılarda bunu görürük, bu, hamımıza aiddir. Virusa görə zərərlər dəydi, hesablamaların düzgün aparılmadığı tərəflər oldu. Bu, bütün dünya üçün keçərli oldu”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılır
17:25 21.10.2026
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılır
“MediaLAB”: İnformasiya müharibəsinə qarşı maarifləndirmə daha da gücləndirilməlidir
17:25 21.10.2026
“MediaLAB”: İnformasiya müharibəsinə qarşı maarifləndirmə daha da gücləndirilməlidir
Prezident bu sazişi təsdiq etdi
17:23 21.10.2026
Prezident bu sazişi təsdiq etdi
2 yaşlı autizmli uşağı kameradan kənara çəkərək vurdu - VİDEO
17:13 21.10.2026
2 yaşlı autizmli uşağı kameradan kənara çəkərək vurdu - VİDEO
“Cahan Şirkətlər Qrupu”nun “BE Group” şirkəti “BakuBuild” sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR
17:06 21.10.2026
“Cahan Şirkətlər Qrupu”nun “BE Group” şirkəti “BakuBuild” sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR
“Lyuk”a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb
16:54 21.10.2026
“Lyuk”a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb
DSX-dən çobanın Ermənistana keçməsi barədə iddiaya - Münasibət
16:51 21.10.2026
DSX-dən çobanın Ermənistana keçməsi barədə iddiaya - Münasibət
Firuzə İbadova iki aydır yataq xəstəsidir - VİDEO
16:34 21.10.2026
Firuzə İbadova iki aydır yataq xəstəsidir - VİDEO
Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi
16:29 21.10.2026
Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi
Gecə yemək yeyənlərə xəbərdarlıq: Bu vərdiş ciddi fəsadlara yol aça bilər
16:17 21.10.2026
Gecə yemək yeyənlərə xəbərdarlıq: Bu vərdiş ciddi fəsadlara yol aça bilər
Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Zəngilan Şəhəri Günü qeyd olunub
16:04 21.10.2026
Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Zəngilan Şəhəri Günü qeyd olunub
“AzerGold” QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – “AzerGold Uzbekistan” təsis edilib
16:01 21.10.2026
“AzerGold” QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – “AzerGold Uzbekistan” təsis edilib
“Arzuolunmaz şəxs” elan edilən Ahmet Çakar əslində kimdir?
15:52 21.10.2026
“Arzuolunmaz şəxs” elan edilən Ahmet Çakar əslində kimdir?
Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb
15:45 21.10.2026
Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb
Qripdən qoruyan 5 qida - SİYAHI
15:25 21.10.2026
Qripdən qoruyan 5 qida - SİYAHI
Payızda saç tökülməsi artır – Hansı hallarda narahat olmaq lazımdır?
15:24 21.10.2026
Payızda saç tökülməsi artır – Hansı hallarda narahat olmaq lazımdır?