'Qiyamət günü' Bakı məktəblərində vəziyyət necədir?
Bütün Xəbərlər
10:10 21.12.2012
1615
Dekabrın 21-də Bakının bütün orta məktəblərində dərslər davam edir və bəzi məktəblərdə dərslərin ləğv olunmasına dair yayılan məlumatlar əsassızdır. AZXEBER.COM-un Trend-ə istinadən verdiyi məlumata görə, bu gün də orta məktəblər adi günlərdə olduğu kimi fəaliyyət göstərir.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı Trend-ə bildirib ki, bu gün orta məktəblər adi günlərdə olduğu kimi fəaliyyət göstərir və hətta bir çox məktəblərdə kurrikulum üzrə açıq dərslər də salınıb.