"Qiyməti 70 manatdır, amma gənclərə pulsuz verilir" - Nail Kəmərlidən "patı" haqda şok açıqlama - VİDEO

MÜSAHİBƏ
14:15 11.08.2021
5376
AZXEBER.COM-un müsahibi tanınmış videobloger Nail Kəmərlidir.  
- İlk növbədə özünüz haqda məlumat verərdiniz. Nail Kəmərli kimdir?

- Nail Babayev Rəşid oğlu 1985-ci ildə Bakı şəhərində anadan olmuşam. Ata yurdum Qazax rayonunun Kəmərli kəndidir. Mənim uşaqlığımın ən gözəl çağları bizim kəndimizdə keçdiyinə görə mən özümə Kəmərli ləqəbini seçmişəm.

- Necə oldu ki, "Youtube” kanalı açmaq qərarına gəldiniz?

- Mən "Youtube" kanalımı 2012-ci ildən açmışam. Ancaq o gündən kanalda heç bir fəaliyyət göstərmirdim. Kanalı açmaqda məqsədim də hər dəfə kəndə gələndə öz kəndimizin görüntülərini, mənzərələrini çəkib paylaşmaq idi. Bununla da kəndimizin görüntülərinin yaddaşlarda qalmasını istəyirdim. Kanalıma abunə sayının və maraq artdığını 53 il həbs yaşayan 78 yaşlı Abdulla babanı çəkdikdən sonra hiss etdim. Belə ki, Abdulla baba 78 illik ömrünün 53 illini həbsxanada keçirib. Ermənilərə qan udduraraq, onların bankını yarıb, türmələrindən qaçıb. Bununla da kifayətlənməyən Abdulla baba ermənilərin mal-qarasını oğurlayaraq bizim kasıb vətəndaşlara verib. Abdulla babanı tanıdıqdan sonra onun etdiklərini hər kəs bilsin. Həmin videonu paylaşandan sonra kanalımda abunə sayı çoxaldığını gördüm. Mən də bundan sonra maraqlı insanları axtarıb, çəkməyə başladım.

- Bir izləyici olsaydınız, öz fəaliyyətinizi necə qiymətləndirərdiz? 

- İzləyici kimi öz fəaliyyətimi əla qiymətləndirərdim. Həmişə öz dostlarıma, qohumlarıma deyirəm ki, mənim çəkdiyim videoları öz uşaqlarınıza göstərin. Həm qəhrəmanlarımızı - qazilərimizi tanısınlar, həm də narkomaniya haqqında məlumatları olsun. Narkotik vasitələrin insana necə təsir etdiyindən xəbərdar olsunlar. Çünki əvvəl mən özüm də bu cür insanların həyat hekayəsinə baxıb, mariflənmək istəyərdim. 

- Seçdiyiniz qəhrəmanlarla müsahibədən sonra onların təsiri altına düşürsünüzmü?
 
- Narkomanları çəkəndə çox çətinlik çəkirəm. Onları tapıb çəkmək çox çətindir. Bəli, onlardan müsahibə alandan sonra onların təsiri altına düşürəm. Çünki onlar mənə həm əvvəlki, həm də indiki hallarını göstərirlər. İndiki hallarına baxıb çox təəssüflənirəm. Məsələn, qadınlarda belə bir düşüncə formalaşıb ki, "şüşə”, "kakos” və digərləri arıqlamaya səbəb olur. Bəli arıqladır, amma bunun səbəbi "patı”,”şüşə” çəkən insanların iştahasının kəsilməsidir. Onlar bu narkotik vasitələri  qəbul edərkən yeməkdən imtina edirlər. Yuxu problemləri də yaşayırlar. Yalnız su və narkotik ilə qidalanırlar. Belə olan halda iştahasızlıq baş verir və bu da arıqlamaya səbəb olur.

- Narkomanla müsahibələrinizin birindən sonra "patı” biznesinin qarşısı əvvəlkindən daha çox alınmağa başladı. O müsahibədən sonra sizə hər hansı bir təzyiq oldumu?
 
- Bizim dövlətimiz hər zaman narkomaniyaya qarşı mübarizə aparıb. Mən çəkdiyim videolardan sonra "patı” biznesi daha da ictimailəşdi, insanların marağına səbəb oldu. Beləliklə, bizim lazımi qurumlar bu biznesə qarşı daha ciddi mübarizəyə başladılar.
 
- Müsahiblərinizi nəyə əsasən seçirsiniz?

- Əgər söhbət qazilərimizdən gedirsə, onlara heç bir səbəb görmədən müsahibə üçün zəng edirəm. Razılıq aldıqda gedib onları çəkirəm. Onları çəkməkdə tək məqsədim qəhrəmanlarımızın hər kəs tərəfindən tanınması olur. Amma narkomanları çəkəndə buna səbəb axtarıram. Onların həyat tarixçəsinə baxıram, əvvəlki vaxtlarını araşdırıram, gənclərimizin ondan nə öyrənə biləcəyini düşünüb daha sonra çəkilişə gedirəm.

- Hər hansı şəxslə bağlı video yayımlayanda onların ailəsindən sizə təzyiq olurmu?

- Bəli, əlbəttə olur. Qazilərimizlə etdiyim müsahibələrin heç birindən təziq olmayıb. Ən çox təziq narkomaları çəkdikdən sonra olur. Düşünün, bir narkomanın ailəsi yoxdur və tək qalır. Hər kəs onu özündən uzaqlaşdırıb. Mən həmin an icazə alacaq insan tapa bilmirəm. Amma onunla bağlı video paylaşanda bütün qohum-əqrabaları tapılır. Mən onlara bildirirəm ki, bir şərtlə silərəm, o zaman siz həmin narkomana sahib çıxasınız, onu sağaldasınız. Onlar da bununla, təbii ki, razılaşmır. Əslində, çəkdiyim pis şey deyil. Heç kimi təhqir etmirəm. Sadəcə həmin narkomanlar həyatını danışır və gənclərə bildirir ki, narkotik məni bu hala salıb, özünüzü mənim günümə qoymayın. Gənclər arasında narkotik vasitələrə marağın səbəbi onların maarifləndirilməməsidir. Məlumat azlığından bu yola əl atırlar. Həm də bu bir sübutdur ki, narkotik vasitələrin qiymətlərini ucuzlaşdırıblar ki, bütün gənclər bundan yararlana bilsin. Misal üçün, əvvəl 120-130 manat idisə, indi 30-40 manat olub. Hətta gənclərə pulsuz verirlər. Deyirlər, 70 manatdır, amma sənə pulsuz verirəm. Gənclər arasında buna qarşı maraq oyadırlar deyə, gənclərdə təlabat daha çox olur. Onlara tövsiyəm odur ki, yalnız idmanla məşğul olsunlar. Narkotik vasitələrin onların sağlamlığına heç bir xeyri yoxdur.

- Sizcə, "Youtube” videolarınıza baxış niyə çoxdur? Bunun səbəbi nədir?

- Hər hansısa bir sahə üzrə maraqlanıramsa, onu araşdırmağa çalışıram. Məsələn, mən təbiət haqqında olan videoları izləyib yadda saxlayıram. Məncə, insanlar da onlara maraqlı olanı yaddaşda saxlayır, izləyir və dostlarına tövsiyə edir. Düşünürəm ki, mənim videolarım izləyicilər tərəfindən bəyənilir və onlar bu videolar ilə maariflənirlər. Düşünürəm ki, mənim videolarımdan onlara xeyir gəldiyi üçün həmin videoları bəyənirlər. Qəhrəman qazilərimizi, şəhidlərimizi tanıyırlar və narkomaniyayla bağlı bilmədiklərini öyrənirlər. 

- "Youtube” kanalınızdan aylıq nə qədər qazanırsınız?

- Bu sualı mənə çox insanlar verir. Məbləğ izləyicilərimə, ailəmə və dostlarıma maraqlıdır. Bu, stabil bir gəlir deyil. Yəni hər ay dəyişir. Ən çox qazandığımı deyə bilərəm, bu 2000 dollar olub. Amma qeyd edim ki, bu hər ay belə olmur.

- Gələcək üçün nə kimi planlarınız var?

- Gələcək üçün əsas planım bütün işlərimi davam etdirib, sosial şəbəkədə geniş kütlə toplamaqdır. Bununla yanaşı komanda da yığmaq istəyirəm. Ətrafımda olacaq komandanın özəlliyi tərkibinin qazilərimiz və narkotikdən sağalmış insanlardan ibarət olmasıdır. Bir komanda olaraq onlara iş öyrədəcəyəm və onlarla çalışacağam. Məncə, uğurlu insan olmaq üçün öz sahən üzrə mübarizə aparmalısan. Həvəslə işləməlisən və işini sevməlisən.
 
Ayşən Mirzəyeva,
Video: Mayil Hümbətov

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:00 25.09.2021

Konqres Əfqanıstana görə Baydenə qarşı impiçment tələb edir

23:30 24.09.2021

Dövlət Departamenti "Taliban"ın Əfqanıstanda edam cəzasını bərpa etməyini qınayıb

23:12 24.09.2021

Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini ilə görüşüb

22:46 24.09.2021

Azərbaycan və Türkiyə gəncləri İstanbulda Anım Gününü qeyd edəcək

22:29 24.09.2021

ABŞ-da üçüncü doz vaksinasiya çağırışı edilib

22:01 24.09.2021

Türkiyədə koronavirusa gündəlik yoluxma 27 mini ötdü

21:48 24.09.2021

Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”

21:37 24.09.2021

Səfir: “İranda özəl yükdaşıma şirkətlərinə xəbərdarlıq olunub, Azərbaycanın ərazi bütövlüyü qorunmalıdır”

21:21 24.09.2021

Azad edilmiş ərazilərin bərpa və yenidənqurma mərhələsində Aİ-nin də iştirakı mümkündür

21:08 24.09.2021

Avropa İttifaqı BMT Baş Assambleyası üzvlərini pandemiya ilə mübarizəyə dair razılaşmanı dəstəkləməyə çağırıb

20:19 24.09.2021

Bakıda məktəb bufetlərinin açılmasına hazırlıq işləri görülür

19:57 24.09.2021

Əfqanıstanın yeni hökuməti Rusiyadan dəvət gözləyir

19:49 24.09.2021

Ermənistanda koronavirusa yoluxanların sayı 256 554-ə çatıb

19:32 24.09.2021

İcra katibi: "Azərbaycan MDB iqtisadi məkanında əhəmiyyətli yerə malikdir"

19:19 24.09.2021

“Qarabağ”ın oyununun hakimləri açıqlandı

19:06 24.09.2021

Daha 7 müəssisədə pozuntular aşkarlandı