Qız qaçıran oğlanı tutdular

Qız qaçıran oğlanı tutdular
Bütün Xəbərlər
17:39 30.09.2014
3311
Bir neçə gün bundan əvvəl Mingəçevirdə qız qaçıran gənc tutulub.
Mingəçevir şəhər polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, sentyabrın 19-da şəhər sakini, 1989-cu il təvəllüdlü Səyahət Məzahir oğlu Məmmədov 17 yaşı N.A.-nı qaçırmağa cəhd edib.
O, qızı “VAZ-2107” markalı avtomobilə zorla mindirib. Avtomobil hərəkət edən zaman qız maşından düşərək qaçıb. Lakin oğlan yenidən qızı tutub və maşına təkrar mindirərək qaçırıb.
Şikayət əsasında Mingəçevir polis şöbəsi əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Keçirilən əməliyyat zamanı Səyahət Məmmədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR