3 yaşlı məsum Aynur Qəhrəmanovanın xeyirxah insanların yardımına ehtiyacı var. Dünyaya gələrkən başından travma alan balaca qızcığaz, imkansızlıq üzündən vaxtında müalicə edilməyib. Nəticədə başının arxasında və qulağının dibindən vəzlər əməl gəlməyə başlayıb. Azərbaycanlı həkimlər körpənin əməliyyat olunmasını bildirsələr də, İran həkimləri müalicə ilə problemin aradan qaldıracaqlarına söz veriblər. Lakin Aynurun anası Vüsalə Qəhrəmanovanın Fibroz xəstəliyindən əziyyət çəkməsi ailənin durumunu daha da pisləşdirib.
Bir neçə ildir ki, ailənin başsız qalmasının başlıca səbəbi balaca qızcığazın dünyaya gəlməsi olub. Belə ki, təzə ailə qurmuş Vüsalə Qurbanovanın həyat yoldaşı bəzi azərbaycanlı “kişilər” kimi xanımına bildirib ki, dünyaya qız uşağı gətirəcəyin halda sizi başsız qoyacağam. Nəticədə balaca qızcığaz dünyaya gəlməklə ailənin dağılmasına səbəb olub. Digər tərəfdən ailə başçısının uzun müddətli işləmək adı ilə Rusiyaya gedərək orada qalması ailə təməlinin sarsılmasına şərait yaradıb.
Hazırda balaca Aynurun və onun anası Vüsalə Qurbanovanın xeyirxah insanların köməyinə ehtiyacı var.
Vüsalə Qurbanova bildirib ki, keçmiş həyat yoldaşı tərəfindən aylıq verilən 50 manatlıq alimentdən başqa gəlirləri yoxdur: “Hazırda özümün əməliyyat olunmağıma və övladımın ciddi şəkildə müalicəyə ehtiyac varı. Ailəmizə atam baxır və onun da maddi vəziyyəti aşağıdır. Xeyirxah insanlardan xahiş edirəm ki, övladıma və mənə yardım etsinlər.”
Əlaqə telefonu: 0706146105