Qızı ilə cinsi əlaqəyə girən oğlanı vurmaq istəyən ata səhvən başqasını öldürdü

Qızı ilə cinsi əlaqəyə girən oğlanı vurmaq istəyən ata səhvən başqasını öldürdü
Bütün Xəbərlər
16:00 08.07.2013
6336

Hökmalı Atamalı oğlu Yusifov Qəbələnin Tikanlı kənd orta məktəbinin direktoru olub.

Həmin kənddə yaşayan dayısı oğlu Qafqaz onun qızı Məlahəti istəyib.

Qafqazın bibisi nəvəsinə olan məhəbbəti cavabsız olub.

Qız Qafqazı istəmədiyindən başqa kəndə ərə gedib. Sevgisindən imtina etməyən Qafqaz təzə gəlinin evi ətrafında fırlanmağa başlayıb.

Sonda Qafqaz istəyinə nail ola bilib. Qızın Qafqazla əlaqəsi olmasından şübhələnən əri onu boşayır.

Bu müddət ərzində Qafqaz özü Məlahətin xalası qızı ailə qurur. Məlahətin xalası qızı Qafqazın digər bibisinin nəvəsidir.

Məlahət ata evinə qayıdandan sonra 4 uşaq atası olan Qafqaz qıza məktub göndərərək onunla görüşmək istədiyini bildirib.

Qızdan cavab gəlməyəndə bibisi oğlunun evinə gedib ona hədə-qorxu gəlib.

Qarşılıqlı razılıq əsasında ya da məcbur qalan qız Qafqazla görüşə razılıq verir.

Onlar arasında yaxınlıq baş tutur.

Qafqaz bibisi nəvəsi ilə hər dəfə yaxın münasibətdə olandan sonra maddi yardım kimi ona 15-20 manatda pul verib.

Mütəmadi əlaqələrdən sonra Məlahət bir gün hamilə olduğunu öyrənir. Qız bu barədə anasına və Qafqaza deyir. Təsadüfən bu söhbəti qızın atası Hökmalı Yusifov da eşidir.

Ata həmçinin uşağın dayısı oğlundan olmasını və onun uşaqdan imtina etməsini də öyrənir.

Kənddə biabır olacağını görən direktor məktəbində işləyən Qafqazın böyük qardaşı Nizamiyə 3 gün vaxt verir ki, gəlib namusunu təmizləsinlər.

Nizami bu barədə qardaşı Qafqazdan soruşanda o, hadisədən xəbərsiz olduğunu və uşağın ondan olmamasını bildirir.

3 gün gözləyən Hökmalı Yusifov namusuna dəymiş ləkəni qanla yumaq qərarına gəlib. İki silahla silahlanan Hökmalı Yusifov dayısının qapısına Qafqazı öldürməyə gedib.

Quliyevlərin evinin yaxınlığında mövqe tutan Hökmalı Yusifov tüfəngi hazır vəziyyətə gətirərək Qafqazın evdən çıxmasını gözləyib.

Hökmalı seçdiyi mövqedə saat yarım gözlədikdən sonra Quliyevlərin həyətində Qafqazın qardaşı Şahmurad görünüb.

Gördüyü adamın Qafqaz olduğunu fikirləşən Hökmalı Yusifov ona atəş açıb. Açılan atəş Şahmuradın sinəsindən dəyib.

Qışqırıq səslərindən vurduğu adamın Qafqaz olmadığı başa düşən Yusifov həyətə daxil olaraq dayısı Mürsələ və onun müəllim işləyən oğlu Nizamiyə atəş açaraq qaçıb.

Hadisə yerindən qaçan Hökmalı Yusifov dağlarda gizlənib.

Yaralılar isə kənd sakinlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Həkimlər Mürsəl və Şahmurad Quliyevlərin həyatını xilas edə bilsələr də Nizami aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hökmalı öldürmək istədiyi Qafqaz isə hadisə vaxtı başqa kənddə olub.

Dağları yaxşı tanıyan Hökmalı Yusifovu polis əməkdaşları yaxalaya bilməyib.

Aparılan uzun axtarışlara baxmayaraq, onu dağda tapmaq mümkün olmayıb.

Hökmalı Yusifov Qafqazı öldürməyəcəyinə qədər təslim olmayacağını bildirib.

Belə olan halda əməliyyatçılar danışıqlara başlayıb. Polis rəisi ilə aparılan danışıqlardan sonra Hökmalı Yusifov təslim olub. Təslim olan Yusifov dağda gizlətdiyi iki ədəd ov tüfəngini və “Kalaşnikov” markalı avtomatı da polisə təhvil verib.

Qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhddə və odlu silah saxlamaqda təqsirli bilinən Hökmalı Yusifov 14 il müddətinə azadlıqdan məhrum edilib. /// gun.az

OXŞAR XƏBƏRLƏR