Qızı qaçırılan ata qardaşı oğlunu öldürdü - TƏFƏRRÜAT

Qızı qaçırılan ata qardaşı oğlunu öldürdü -  TƏFƏRRÜAT
Bütün Xəbərlər
12:24 16.09.2013
2442

Cəlilabad rayonunda dəhşətli qətl hadisəsi baş verib. 33 yaşlı Qarazəncir kənd sakini Elnur Mirzə oğlu Mirzəyev 18 yaşlı Niyaməddin Əyyub oğlu Bayramovu boğub öldürüb. Belə ki, Elnur Mirzəyev Niyaməddinin yaşadığı evə gələrək onu “VAZ-2107” markalı avtomobilə otuzdurub ucqar kəndə aparıb. Elnur Mirzəyev üzərindəki kəməri Niyaməddin Bayramovun boğazına keçirərək onu boğub. Qətli törətdikdən sonra Elnur Daxili İşlər Nazirliyinin “102” xidmətinə törətdiyi cinayət barəsində məlumat verib. Hadisə yerinə gələn Cəlilabad rayon polis şöbəsinin əməkdaşları mərhum Niyaməddin Bayramovun meyitni deyilən ərazidə aşkar ediblər. Hadisənin baş vermə səbəblərinə gəlincə, 18 yaşlı Niyaməddin bir müddət əvvəl Elnurun qardaşı qızını qaçırıb. Lakin qısa müddətdən sonra onlar ayrılıb. Elnur boşanmış qardaşı qızının qisasın almaq üçün bu qətli törətdiyi bildirib. Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsilə cinayət işi başlanıb. İstintaq araşdırmaları davam etdirilir. (anspress) *** 10:17 Cəlilabadda 18 yaşlı gənci boğaraq öldürülüb. Trend xəbər verir ki, sentyabrın 15-də axşam saatlarında Cəlilabad rayonunda 1980-ci il təvəllüdlü Mirzəyev Elnur Mirzə oğlu 1995-ci il təvəllüdlü Bayramov Niyaməddin Eyyub oğlunu öldürüb. Mirzəyev rayonun Cəlair kəndindən təxminən 1 km aralıda şəxsi münaqişə zəminində baş verən dava zamanı şalvarının bel kəməri ilə Bayramovu boğaraq öldürüb. Faktı Trend-ə Cəlilabad rayon Prokurorluğundan da təsdiq ediblər. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrumetmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik
00:33 09.08.2025
Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik
İlham Əliyev Nikol Paşinyanla birgə Nobel komitəsinə Donald Trampla bağlı müraciət etməyi təklif edib
00:32 09.08.2025
İlham Əliyev Nikol Paşinyanla birgə Nobel komitəsinə Donald Trampla bağlı müraciət etməyi təklif edib
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
00:26 09.08.2025
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
00:26 09.08.2025
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
00:25 09.08.2025
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
00:24 09.08.2025
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
00:23 09.08.2025
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
00:20 09.08.2025
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
00:19 09.08.2025
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
00:17 09.08.2025
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
00:16 09.08.2025
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək
00:15 09.08.2025
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək
Tramp: ABŞ və Azərbaycan hərbi əməkdaşlıq qurur
00:12 09.08.2025
Tramp: ABŞ və Azərbaycan hərbi əməkdaşlıq qurur
Tramp: Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar
00:11 09.08.2025
Tramp: Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar
ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli bəyanatla çıxış edirlər - CANLI
00:06 09.08.2025
ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli bəyanatla çıxış edirlər - CANLI
Üçtərəfli görüş başladı - VİDEO
23:59 08.08.2025
Üçtərəfli görüş başladı - VİDEO