“Qızıl qaya”nın fəaliyyəti dayandırıldı - VİDEO

“Qızıl qaya”nın fəaliyyəti dayandırıldı - VİDEO
SOSİAL
16:23 08.12.2025
139
"Qızıl qaya” şadlıq evinin fəaliyyəti dayandırılıb.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi, 33 ünvanında yerləşən "Qızıl qaya” şadlıq evində keçirilən yoxlama aparılıb.

Yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki:

- obyektin elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib;

- ⁠obyektdə quraşdırılan yanğınxəbərverici siqnalizasiya qurğuları işlək vəziyyətdə deyil;

- ⁠obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb;

- ⁠yanğınsöndürmə avtomobillərinin yanğın su hovuzuna sərbəst yan alaraq su götürməsi üçün hovuz bərk örtüklü müvafiq meydança ilə təmin edilməyib, hovuza yaxınlaşmaq üçün hərəkət istiqamətini göstərən müvafiq lövhə quraşdırılmayıb və su mənbəyinə qədər olan məsafə qeyd olunmayıb;

- daxili yanğın kranları lülə və atıcı şlanqlarla təmin edilməyib;

- köçürmə yolları yanğın təhlükəsizliyinin tələblərinə uyğun saxlanılmır;

- ⁠obyektdə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;

- ⁠taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;

- ⁠obyektin siqaret çəkilməsi qadağan edilmiş otaqlarında və ərazilərində gözəçarpan yerlərdə qadağanedici nişanlar asılmayıb;

- ⁠yanğınxəbərverici siqnalizasiya qurğularına planlı texniki xidmətin göstərilməsi üçün ixtisaslaşmış təşkilatlarla müqavilə bağlanılmayıb.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi, 33 ünvanında yerləşən "Qızıl qaya” şadlıq evinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nobel mükafatının məbləği artırıldı
01:29 19.09.2026
Nobel mükafatının məbləği artırıldı
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
01:03 19.09.2026
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
00:42 19.09.2026
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
00:38 19.09.2026
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Qərarsız olan dörd bürc
23:29 18.09.2026
Qərarsız olan dörd bürc
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Yardımlıda açıq ərazidə yanğın olub - Video
22:53 18.09.2026
Yardımlıda açıq ərazidə yanğın olub - Video
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi