Qızını qətlə yetirən atanın məhkəməsi başladı

Qızını qətlə yetirən atanın məhkəməsi başladı
Bütün Xəbərlər
20:45 22.11.2013
687

Cinayət işi üzrə baxış iclası isə noyabrın 27-nə təyin edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində qızını qətlə yetirməkdə təqsirləndirilən Şamaxı şəhər sakini Amil Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi üzrə baxış iclası isə noyabrın 27-nə təyin edilib.Qeyd edək ki, Şamaxı şəhər Mirzə Fətəli Axundov küçəsi, 45 ünvanında yaşayan 1956-cı il təvəllüdlü Amil Həmid oğlu Əliyev ailə münaqişəsi zəminində qızı, 1991-ci il təvəllüdlü Güneli bıçaqlayaraq qətlə yetirib.

OXŞAR XƏBƏRLƏR