“Qladiator Natiqlik Məktəbi” layihəsi fəaliyyətə başladı

“Qladiator Natiqlik Məktəbi” layihəsi fəaliyyətə başladı
GƏNCLİK
17:40 31.10.2013
2477

İdeyası 2012-ci ilin fevral ayında ortaya çıxan və ilk pilot layihəsi 2013-cü ilin fevral-mart aylarında keçirilmiş Qladiator Debatları – Azərbaycan, Türk dünyası və bütün Şərqin ilk milli debat formatıdır. 

Qladiator Debatları düşüncə və ritorika oyunu olub, cəmiyyət üçün vacib olan fərdi inkişafa istiqamətlənmişdir. Formatda ənənəvi olimpiada sistemindən imtina edilmiş və turnir yeni “Kolizey” sisteminə əsaslanmışdır. “Qladiator Natiqlik Məktəbi” layihəsi Qladiator Debatlarının Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun III Qrant Müsabiqəsində qaliblərdən biri olaraq maliyyələşdirilən ilk layihəsidir.

Layihənin məqsədi Qladiator Debatları milli intellektual oyunu vasitəsilə gəncləri komanda şəklində fərdi inkişafa yönəldərək onlarda təqdimat, kritik düşüncə, bədən dili, natiqlik kimi bacarıqları təcrübi platformada inkişaf etdirməkdir.

Məlum olduğu kimi, 2013-cü il həm də Ümummilli Lider Heydər Əliyevin X anım il dönümüdür. Ulu Öndər isə dahi siyasətçi olmaqla yanaşı, həm də gözəl orator olmuşdur. Bu üzdən, QNM-nin məhz belə bir ərəfədə reallaşdırılması formatın konstruktoru tərəfindən Ulu Öndərin əziz xatirəsinə ithaf edilir.

Layihə 3 ay davam edəcək. İlk ay hazırlıq, elanların verilməsi, CV-lərin qəbulu və intervyu götürülməsi kimi 4 yarımmərhələdən ibarətdir. Layihənin növbəti ayının ilk həftəsi isə təlimlərə başlanılacaq. Təlimlər formatın konstruktoru, 7 illik debat təcrübəsinə malik Həbib Heydər, ritorika üzrə professional təlimçi Tofiq Sadıxov və Respublikanın güclü debatçılarından sayılan Elşən Yusibov tərəfindən keçiriləcəkdir. Növbəti 2 ayda həm də müxtəlif mövzularla bağlı ekspertlərlə görüşlər, fərdi inkişafla bağlı təlimlər və “Kolizey” adlandırılan QD turniri keçiriləcəkdir. Onu da qeyd edək ki, layihə müddətində iştirakçılar üçün əyləncə xarakterli tədbirlər də nəzərdə tutulur.

Layihədə Bakı və Sumqayıt şəhərlərindən 14-29 yaş arası subbakalavr, bakalavr, magistr təhsili alan, eləcə də ali təhsili olmayan şəxslər iştirak edə bilər. İştirakçılar layihədə debat və strategiya oyunlarının sintezini duyacaq, qlobal, geopolitik, fəlsəfi, mədəni, ekoloji mövzuların debat oyunlarında iştirak edəcəklər. Sonda qaliblər sertifikatlar və xüsusi hədiyyələrlə mükafatlandırılacaqdır. Qeyd edək ki, layihənin bütün bölümləri Azərbaycan dilində təşkil olunacaqdır.

Layihə Fəlsəfə Akademiyası, BMAM – Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi, ÖZ Klub MMC ilə əməkdaşlıq edir və bir sıra media orqanları tərəfindən dəstəklənir.

Layihəyə təşkilati ofis dəstəyi 2006-cı ildən bəri fəaliyyət göstərən və ən qabaqcıl mütəxəssisləri cəlb etməyə nail olan MilliByte İTM tərəfindən verilir. Layihə ilə maraqlananlar İnşaatçılar m/s-ı, Şərifzadə 190 ünvanında yerləşən MilliByte ofisinə yaxınlaşa bilərlər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
La Liqada ən yaxşı futbolçu AÇIQLANDI
23:30 24.04.2025
La Liqada ən yaxşı futbolçu AÇIQLANDI
Türkiyə XİN: 1915-ci il hadisələri ilə bağlı tarixi faktlara zidd olan hər hansı bəyanatı tamamilə rədd edirik
23:16 24.04.2025
Türkiyə XİN: 1915-ci il hadisələri ilə bağlı tarixi faktlara zidd olan hər hansı bəyanatı tamamilə rədd edirik
Pensiyaçılara şad xəbər - Yeni qayda tətbiq edilir
23:09 24.04.2025
Pensiyaçılara şad xəbər - Yeni qayda tətbiq edilir
Erməni təxribatının qarşısını alan tələbələrimiz danışdı - Video
22:50 24.04.2025
Erməni təxribatının qarşısını alan tələbələrimiz danışdı - Video
Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
22:41 24.04.2025
Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
Hərbi institut tələbələrinə hər ay bu qədər vəsait veriləcək
22:40 24.04.2025
Hərbi institut tələbələrinə hər ay bu qədər vəsait veriləcək
KİV: Qəzzada yaşayış binasının atəşə tutulması nəticəsində 7 fələstinli ölüb
22:29 24.04.2025
KİV: Qəzzada yaşayış binasının atəşə tutulması nəticəsində 7 fələstinli ölüb
Harvard demokratiya üçün təhlükədir - Tramp
22:14 24.04.2025
Harvard demokratiya üçün təhlükədir - Tramp
İnsulin almaq üçün aptekə gedən şəxs elə orada vəfat etdi
22:10 24.04.2025
İnsulin almaq üçün aptekə gedən şəxs elə orada vəfat etdi
İntihara cəhd edən qazinin son durumu açıqlandı
21:53 24.04.2025
İntihara cəhd edən qazinin son durumu açıqlandı
Tramp 1915-ci il hadisələri barədə "soyqırımı" sözündən istifadə etməyib
21:50 24.04.2025
Tramp 1915-ci il hadisələri barədə "soyqırımı" sözündən istifadə etməyib
Ermənistan silahlı qüvvələrinin Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
21:40 24.04.2025
Ermənistan silahlı qüvvələrinin Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Siyəzəndə kişi küçədə infarktdan öldü
21:32 24.04.2025
Siyəzəndə kişi küçədə infarktdan öldü
Türkiyə Ermənistana münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib
21:10 24.04.2025
Türkiyə Ermənistana münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib
KİV: ABŞ Rusiyadan Ukraynanın öz ordusuna malik olma hüququnu tanınmasını istəyir
21:03 24.04.2025
KİV: ABŞ Rusiyadan Ukraynanın öz ordusuna malik olma hüququnu tanınmasını istəyir
Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı
20:47 24.04.2025
Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı