Qolları olmayan rəssam barmaq izi olmadığından viza ala bilmədi

Qolları olmayan rəssam barmaq izi olmadığından viza ala bilmədi
Bütün Xəbərlər
16:16 07.05.2013
1168
Anadangəlmə qolları olmayan qazaxıstanlı rəssam İngiltərəyə getmək üçün viza ala bilməyib. Karipbeq Kuyukov viza üçün İngiltərənin Türkiyədəki səfirliyinə müraciət etsə də, barmaq izi olmayan rəssamın bu tələbi qəbul edilməyib. Məlumata görə, Kuyukov Edinburqda nüvə əleyhinə keçirilən konfransda iştirak etmək üçün bu ölkəyə səfər etmək istəyirmiş.Qeyd edək ki, daha sonra səfirlikdən qazax rəssama məsələ ilə əlaqədar məktub göndərilib. Məktubda biometrik izlərin keyfiyyətinin az olduğu bildirilib və rəssamdan təkrar müraciət etməsi tələb olunub.İngiltərə Daxili İşlər Nazirliyi viza tələbinin qəbul edilməməsindən söhbət getmədiyini, sadəcə olaraq tərəflərin bir-birini səhv başa düşmüş ola biləcəyini qeyd edib.Rəssam Karipbeq Kuyukov isə vaxtında viza ala bilmədiyi üçün konfransda iştirak edə bilməyib.“Bəlkə də əlil olduğumu bilməyiblər və ya verdiyim məlumatları yoxlamayıblar. Amma mən internetlə müraciət edərkən rəssam olduğumu və qollarımın olmadığını bildirmişdim. Şəkilləri, fırçanı ağzımda və ya ayağımda tutaraq çəkirəm”, – deyə 44 yaşlı rəssam bildirib.
OXŞAR XƏBƏRLƏR