Qonşusunu bıçaqladı

Qonşusunu bıçaqladı
Bütün Xəbərlər
10:59 03.07.2012
763
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.
 Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakini, 25 yaşlı Raul Əhmədov münaqişə zəminində qonşusu, 41 yaşlı Elçin Məmmədovu bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən R.Əhmədov saxlanılıb.Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR