“Qorxu gecəsi”nə bu libasda gəldi - “Öz obrazımdayam”

“Qorxu gecəsi”nə bu libasda gəldi - “Öz obrazımdayam”
DÜNYA
14:11 01.11.2026
241
ABŞ Prezidenti Donald Tramp Floridadakı Mar-a-Laqo mülkündə təşkil olunan "Halloween” şənliyinə ənənəvi geyimində qatılıb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, Tramp tünd göy kostyum və qırmızı qalstukla tədbirə gəlib.

Prezident jurnalistlərlə söhbəti zamanı "Halloween” üçün xüsusi kostyum seçmədiyini yumorla ifadə edib. O, tədbirə Donald Tramp obrazında gəldiyini bildirərək hazırlaşmağa cəmi 10 dəqiqə vaxtı olduğunu deyib:

"Onların hazırlaşmağa saatlarla vaxtı olub, mənim isə cəmi 10 dəqiqəm. Bu gecə Donald Tramp obrazındayam”.

Tramp digər qonaqların bayram üçün saatlarla kostyum seçib hazırlaşdıqlarını da zarafatla vurğulayıb.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR