AQTA sədrinin "Sabaha saxlamayaq" verilişinə qadağa qoyması etikdirmi? - Qulu Məhərrəmlidən açıqlama

AQTA sədrinin "Sabaha saxlamayaq" verilişinə qadağa qoyması etikdirmi? - Qulu Məhərrəmlidən açıqlama
MEDİA
15:45 21.01.2026
786
Xəbər verdiyimiz kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli rəhbərlik etdiyi qurumun əməkdaşlarına İctimai Televiziyanın "Sabaha saxlamayaq” verilişində iştirakı qadağan edib. Bu haqda verilişin aparıcısı Vüsalə Məmmədova canlı yayımda bildirib. 

Bəs bu qadağa media etikası prinsipləri ilə nə qədər uyğundur? Bir qurum rəhbəri öz əməkdaşlarına verilişdə iştiraka qadağa qoyması düzgündürmü? 

Mətbuat Şurası İdarə Heyətinin üzvü, BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri, professor Qulu Məhərrəmli AZXEBER.COM-a açıqlamasında deyib ki, burada bir sıra incə məsələlər mövcuddur:

"Burada bir sıra incə məsələlər mövcuddur. Qurumlarda daxili qaydalar var və münasibətlərin tənzimlənməsi təmin olunur. Siz haradasa öz adınızdan yox, işlədiyiniz müəssisənin adı ilə açıqlama verirsinizsə, bu, daxili nizamnaməyə uyğun olmalıdır və rəhbərin icazəsi olmalıdır. Əgər şəxs mütəxəssis kimi öz şəxsi fikirlərini bölüşürsə, bu problem yaratmır”.

Qulu Məhərrəmli qeyd edib ki, bu məsələlər hüquq və etikanın kəsişdiyi yerdir:

"İşlədiyiniz müəssisənin fəaliyyəti ilə bağlı açıqlama verərkən, mütləq mətbuat katibini məlumatlandırmaq lazımdır. Burada söhbət icazə almaqdan getmir, sadəcə prosedura riayət etməkdən gedir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR