Qoyun kimdir? Alim Qasımov, yoxsa ...

Qoyun kimdir? Alim Qasımov, yoxsa ...
Bütün Xəbərlər
02:21 30.09.2013
2478

Xəbər vermişdik ki, “Mənim Prezidentim” kampaniyası çərçivəsində Prezident İlham Əliyevə dəstək videoçarxı çəkilib.

“Mənim Prezidentim” Gənclər Təşəbbüs qrupu tanınmışlar ilə birlikdə 9 oktyabr 2013-cü il Prezident seçkilərində “Gələcək naminə İlham Əliyevə Səs Verək” şüarı altında İlham Əliyevin namizədliyini dəstəkləyiblər.Videoçarxda müğənni və xanəndələr, tanınmış media rəhbərləri və televiziya işçiləri, gülüş ustaları, digər sənət adamları və məşhur şəxslər yer alıblar.Videonu 24 saat ərzində sosial şəbəkələrdə yüzlərlə insan paylaşıb, vətəndaşlar məşhurlarla həmfikir olduqlarını nümayiş etdiriblər.Prezidentə dəstək videoçarxı bir gün ərzində təkcə YouTube-də 20 minə yaxın insan baxıb və son 2 günün ən çox müzakirə olunan mövzusu məhz adıçəkilən videoçarxdır.Ancaq təəssüf ki, hər şeyə qulp qoyan, özlərindən başqa heç kimi bəyənməyən, özlərinə “demokrat” deyib “mənim kimi düşünməyən, düşmənimdir” prinsipi ilə yaşayan bəzi gənclər videoçarxla bağlı yenə də ən böyük silahlarına – söyüşə, təhqirə əl atıblar.Maraqlıdır ki, söyüş söyən, təhqir edən insanların heyəti heç vaxt dəyişmir, hər zaman eyni insanlar dözümsüzlük və “tərbiyə” göstərirlər.Adamlar bu dəfə isə bardağı daşırmağı bacardılar. Belə ki, Azərbaycanın xalq artisti, ölkəmizi dünyada tanıdan, böyük sənətkar Alim Qasımov haqda ağızlarına gələn sözləri yazdılar.Əslində, bu adamların tərbiyəsi, mədəniyyəti ölkəmizdə ictimai-siyasi prosesləri izləyən hər kəsə bəllidir. Ancaq onların budəfəki hərəkətinə göz yummaq elə onlara dəstək olmaq kimi bir şeydir. Ona görə də düşünürəm ki, Azərbaycanı sevən hər kəs bu əxlaqsızlara layiqli cavabını verməlidir.Həmin şəxslərə xatırlatmaq lazımdır ki, Alim Qasımov Azərbaycan muğamını sərhəddən kənara çıxaran, Azərbaycan dilini bilməyən insanlara belə sevdirən, muğama yeni rakursdan yaxınlaşaraq, müasir musiqi cərəyanlarına uyğunlaşdıran insandır.Alim Qasımov Azərbaycan haqda təəssüratı belə olmayan insanlara ölkəmizi sevdirəndə, ən mötəbər saraylarda Azərbaycan muğamını təbliğ edəndə, beynəlxalq arenaya çıxaran zamanlarda bu adamlar şər, böhtan, qarayaxma ilə məşğul olur, ölkəmizi gözdən salmağa çalışırdılar.Alim Qasımovun ölkəmiz üçün gördüyü işin milyonda birini belə görməyən insanların onun adını dilinə almağa haqqı yoxdur. Bütün mənəvi dəyərlərin üzərindən xətt çəkən, düşmənlərimizi mədh edən yazıçıları zirvələrə qaldıran, “ermənilər bizim qardaşımızdır” deyən insanı özünə lider seçən, həqiqəti deyən əsl sənət adamlarını isə topa tutan belələrinin cəmiyyətdə yeri ola bilməz.Bunların xəstə təxəyyülüncə, insan müxalifəti dəstəkləyirsə qəhrəman, iqtidarı dəstəkləyirsə yaltaq və qoyundur. Öz arşınları ilə hamını eyni tutaraq, bunlar hesab edirlər ki, sidq ürəkdən hakimiyyəti dəstəkləmək mümkün deyil.Öz sənəti ilə həyatda özünə yer edən Alim Qasımov istənilən hakimiyyətin dövründə öz işi ilə məşğul olacaq. Yəni o əsl xalq sənətkarıdır. Alim Qasımovun hələ indiyə qədər hər hansı bir vəzifəyə də iddialı olduğu barədə heç bir yerdə məlumata rast gəlinməyib.Onun hansısa məqsədlə İlham Əliyevə dəstək verməsini demək və buna görə onu təhqir etmək, məntiqsizlikdir və təhqir müəlliflərinin nə dərəcədə mənəvi aşınmaya məruz qaldıqlarının göstəricisidir.Bir anlıq təsəvvür edin ki, Alim Qasımov Milli Şuranın namizədini dəstəklədiyi barədə bəyanat verəydi. Bu zaman onu indi təhqir edənlər, Alim Qasımovu milli qəhrəman səviyyəsinə qədər qaldırardılar.Radikal müxalifət düşərgəsinin süqutunu şərtləndirən əsas amillərdən biri də məhz budur. Bu adamlar üçün dəyər, mənəviyyat yalnız onları tərifləyəndə işə düşür. “Mənim kimi düşünməyən məndən deyil” prinsipini “mənim kimi düşünməyən ölümə məhkumdur” prinsipi ilə hərəkət edən bu “demokratlar”da demokratiya sözünün heç “d” hərfi də yoxdur.Elə bu adamlar bir müddət öncə teleaparıcı İlkin Həsənini də tənqidi fikirlərinə görə qəhrəman, həqiqət carçısı elan etmişdilər. İlkin Həsəni haqda nə yazılırdısa, müxalif düşərgə radikal münasibət sərgiləyir, onu göylərə qaldırırdı. Dünən isə hər şey yenidən dəyişdi.Bu adamlar 4 ay öncə mədh etdikləri insanı satqın, yaltaq, qorxaq adlandırmaqdan çəkinmədilər. Buna səbəb isə teleaparıcının prezidenti dəstəkləyən videoçarxda çəkilməsi oldu. Və bununla da Azərbaycan müxalifəti bir daha sübut etdi ki, onlar üçün vətəndaş mövqeyi deyilən bir şey yoxdur. Bu adamlar sadəcə hər kəsin onlar kimi düşünməsini, şər-böhtan, təhqir kampaniyasına qoşulmasını arzulayır.Və qeyd edim ki, bu videoçarxın çəkilməsində tanınmış şoumen Murad Dadaşovun da rolu misilsizdir. Məşhurları bir araya gətirən o olub. Ən qəribəsi isə odur ki, şəhərdə Murad bəyi görüb, onunla şəkil çəkdirmək üçün hər şeyindən keçməyə hazır olan bəzi müxalif gənclər bu gün onun da haqda da ağızlarına gələni yazırlar...Qısası, bu adamlar nə vaxta qədər insanlara, tanınmışlara belə davranacaqsa elə ən yaxşı halda indiki vəziyyətlərində qalacaqlar. Bu adamlara sonda bir daha xatırlatma etmək istərdim:Alim Qasımovun hakimiyyətdən heç bir asılılığı, istəyi, təmənnası yoxdur. O, Azərbaycan dövlətinin inkişafını, uğurunu istəyən azad bir vətəndaşdır. Bəs siz kimsiz, əziz “demokratlar”? Bu xalq üçün, millət üçün elə bu gün Prezidenti dəstəkləyən sənətçilər üçün nə etmisiz? Nə qədər ki, hələ gec deyil, adınızı hansısa dəftərə yazdırın, yoxsa sonra ən məşhur dəftərə belə düşə bilməyəcəksiniz...

OXŞAR XƏBƏRLƏR