Qrip əleyhinə saqqız hazırlandı

Qrip əleyhinə saqqız hazırlandı
MARAQLI
16:39 08.04.2025
419
ABŞ-nin Pennsilvaniya Universitetinin alimləri qrip xəstəliyinə qarşı saqqız hazırlaylblar.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, saqqız "Lablab purpureus” adlı lobya növündən düzəldilib.

Bu saqqız ağız boşluğunda iki sadə herpes virusu və iki qrip növünü neytrallaşdıra bilir.

Saqqızın tərkibində viruslarla mübarizə aparan və təbii lobyada olan fril proteini var.

Saqqız artıq ABŞ Səhiyyə Nazirliyinin FDA (Qida və Dərman İdarəsi) standartlarına uyğunluq yoxlamasından keçib.
OXŞAR XƏBƏRLƏR