Azərbaycanın ən unikal istirahət məkanlarından biri olan Quba Palace Hotel növbəti dəfə idman və sağlam həyat tərzi həvəskarlarını bir araya gətirdi. The Baku Pulse təşkilatçılığı ilə keçirilən Quba Palace Run tədbiri 160 iştirakçının iştirakı ilə yüksək təşkilatçılıq səviyyəsində baş tutdu.
Yarış çərçivəsində iştirakçılar 10 km, 15 km və 20 km məsafələr üzrə mübarizə apararaq Quba Palace Hotel-in füsunkar təbiəti, qolf meydançası, gölləri və meşə zolaqları boyunca uzanan xüsusi marşrutda finişə çatdılar. Təbiət və idmanın vəhdətini özündə birləşdirən bu marşrut iştirakçılara həm fiziki çağırış, həm də unudulmaz təcrübə yaşatdı.
Quba Palace Hotel idman turizminin inkişafına və sağlam həyat tərzinin təşviqinə yönəlmiş layihələri dəstəkləməyə davam edir. "Quba Palace Run” bu istiqamətdə həyata keçirilən uğurlu təşəbbüslərdən biri olmaqla yanaşı, iştirakçılar üçün yüksək səviyyəli təşkilatçılıq və təhlükəsiz yarış mühiti təqdim etdi.
Tədbirin uğurla reallaşmasına dəstək göstərən bütün təşkilatçılara, könüllülərə, tərəfdaşlara və yarış iştirakçılarına təşəkkürümüzü bildiririk. Onların birgə əməyi sayəsində Quba Palace Run iştirakçıların yaddaşında uzun müddət qalacaq möhtəşəm idman tədbirinə çevrildi.



























































